Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb
Bakı, 21 sentyabr, AZƏRTAC
Yaradıcıları tərəfindən dünyanın ilk rəqəmsal aktrisası adlandırılan süni intellekt personajı Tilli Norvud britaniyalı jurnalist Pirs Morqan və aktyor Tom Konti ilə müsahibə zamanı gözlənilmədən ingilis dilindən Çin dilinə keçib.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, nasazlıq Kontinin Tilli Norvuddan debüt etdiyi "Misaligned" filmindəki digər aktyorların real insanlar, yoxsa rəqəmsal personajlar olub-olmadığını soruşmasından sonra baş verib. Norvud bir neçə saniyə Çin dilində danışıb, daha sonra yenidən ingilis dilinə keçərək baş verənləri texniki xəta ilə izah edib.
Tilli Norvud Londonun "Particle6" və "Xicoia" şirkətləri tərəfindən yaradılıb. Personaj 2025-ci ildə Sürix Film Festivalında debüt edib və insani istəkləri yaşamağa başlayan süni varlıqdan bəhs edən "Misaligned" filmində rol alıb.
Rəqəmsal aktrisanın meydana çıxması kinoda süni intellektdən istifadə ilə bağlı müzakirələrə səbəb olub. SAG-AFTRA həmkarlar ittifaqı “sintetik” ifaçıların aktyor olmadığını bildirib və onların işlərindən süni intellekt personajlarının yaradılması zamanı istifadə edilərkən peşəkar ifaçıların hüquqlarının qorunmasını tələb edib.
Bu mübahisələr fonunda süni intellekt texnologiyaları kino sənayesində, o cümlədən vizual effektlərin, dekorasiyaların və istehsalın digər elementlərinin yaradılmasında tətbiq olunmaqda davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]