Bakının daha iki küçəsində avtobuslar üçün xüsusi hərəkət zolağı təşkil edilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Metro xətlərinin ayrılması layihəsi çərçivəsində artan sərnişin tələbatı nəzərə alınaraq avtobuslarla sərnişinlərin rahat, maneəsiz və vaxt itkisinə məruz qalmadan daşınması üçün Mirzəağa Əliyev və Abdulla Şaiq küçələrində xüsusi hərəkət zolaqları təşkil edilib.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu zolaqlar sayəsində müntəzəm və ekspres marşrutlar rahat şəkildə hərəkət edir.