Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası olub
Naxçıvan, 21 sentyabr, AZƏRTAC
Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin iclası keçirilib.
Ali Məclisin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, komitə sədri Əjdər Əliyev Hüquq siyasəti komitəsinin işi barədə hesabatı nəzərə çatdırıb. Vurğulanıb ki, ötən dövrdə keçirilən komitə iclaslarında müzakirə olunan qanun layihələrinə Ali Məclisdə baxılmasına dair rəylər verilib.
İclasda gündəlikdə duran məsələ ilə bağlı komitə üzvlərinin çıxışları dinlənilib, müzakirələr aparılıb.
Müxbir - Nail Əsgərov