Musiqiçi: Tədqiqatlarımda əsas diqqəti qədim macar klassik musiqisinin izlərinin araşdırılmasına yönəldirəm
Bakı, 21 sentyabr, AZƏRTAC
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində I Türk Dünyası Bəstəkarları Qurultayında Macarıstanı təmsil etməkdən böyük məmnunluq duyuram.
AZƏRTAC xəbər verir ki, bunu macar musiqiçi, müəllim və tədqiqatçı Şandor Szabo deyib.
O, festivalın onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. “Azərbaycanda festival iştirakçıları ilə ünsiyyət qurdum, yeni əlaqələr və dostluqlar qazandım. Tədqiqatlarımda əsas diqqəti qədim macar klassik musiqisinin izlərinin araşdırılmasına yönəldirəm. Bu tədbirin müxtəlif ölkələrdən musiqiçiləri bir araya gətirməsi, xüsusilə əhəmiyyətlidir. Həm təcrübə mübadiləsi, həm də gələcək əməkdaşlıqlar üçün yeni imkanlar yaradır. Azərbaycanı və qazandığım təəssüratları yüksək qiymətləndirirəm”, - deyə Ş.Szabo əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:12]
Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
- 21.09.2026 [19:01]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [18:40]
Natəvan poeziyasında qəlbin etirafları
- 21.09.2026 [17:28]
Etnoqraf: Milli geyim gündəlik həyatımızın bir hissəsinə çevrilməlidir
- 21.09.2026 [17:05]