Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir
Bakı, 21 sentyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universiteti yenidən təşkil edilir.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir.
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [17:40]
MEK-də Dövlət Suverenliyi Gününə həsr olunmuş mühazirə dinlənilib
- 21.09.2026 [16:08]