Mərkəzi Bankın şöbə rəisi: Rəqəmsal platformalar gənclərin investisiyalara marağını artırır
Bakı, 21 sentyabr, AZƏRTAC
Rəqəmsal platformaların və maliyyə məlumatlarının əlçatan olması gənc nəsillərin investisiyalara marağının artmasına şərait yaradır.
Bunu AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycan Mərkəzi Bankının Maliyyə məlumatlılığı və peşəkar inkişaf şöbəsinin rəisi İlahə Tahirli-Baxışova deyib.
Onun sözlərinə görə, sosial şəbəkələr, onlayn təhsil resursları və investisiya tətbiqləri investisiyaları daha anlaşılan və əlçatan edib. Digər amil isə inflyasiya şəraitində əmanətlərin dəyərinin qorunma zərurətidir.
“Gənc investorlar investisiya fondlarına, səhmlərə, istiqrazlara və rəqəmsal investisiya platformalarının digər məhsullarına maraq göstərirlər. Mütəxəssis əsas seçim meyarları sırasında istifadənin rahatlığını, şəffaflığı, ilkin investisiyanın məbləğinin aşağı olmasını və investisiyaları onlayn idarə etmək imkanını qeyd edib”, - deyə şöbə rəisi əlavə edib.
Müəllif – Pərvanə Qafarova