Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Bakı, 21 sentyabr, AZƏRTAC
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev sentyabrın 21-də Lənkəranda vətəndaşlarla görüşüb.
Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə əsasən Lənkəran, Lerik, Masallı və Astara rayonlarında məskunlaşmış keçmiş məcburi köçkünlər iştirak ediblər.
Vətəndaşların müraciətlərində, əsasən Böyük Qayıdış, dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.
Görüş zamanı vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.