ADPU tədqiqat universiteti olmaq üçün yeni hədəflər müəyyənləşdirib
Bakı, 21 sentyabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) elmi fəaliyyətin həm kəmiyyət, həm də keyfiyyət göstəricilərində ciddi irəliləyiş var.
ADPU-dan AZƏRTAC-a bildirilib ki, 2024-cü ildə ADPU-nun 197 müəllifi “Scopus” bazasında indekslənən nəşrlərdə 408 elmi məqalə dərc etdirib. 2026-cı ilin ilk yarısında isə Q1 və Q2 kateqoriyalı nüfuzlu jurnallarda təxminən 20 məqalə çap olunub.
Növbəti mərhələnin məqsədi isə elmi nəticələri institusional nüfuza və dayanıqlı tədqiqat imkanlarına çevirməkdir. ADPU beynəlxalq elmi bazalardakı göstəricilərinə görə ölkənin ilk beş universiteti sırasında yer almağı, azı bir elmi jurnalını müvafiq beynəlxalq indeksə daxil etməyi, qrant və sifarişli tədqiqatlardan əldə olunan gəliri büdcənin 5 faizinə çatdırmağı hədəfləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [16:06]
“Qafqaz Albaniyasının irsinə tarixi baxış” mövzusunda seminar təşkil olunub
- 21.09.2026 [16:00]
Ümumi təhsil müəssisələrinin məzunlarının sayı artıb
- 21.09.2026 [15:51]