Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
Tbilisi, 21 sentyabr, AZƏRTAC
Avropa Şurasının yerli ofisinin Baxmaroda seminar təşkil etməklə qanunu pozmaqda iştirakı təsdiqlənərsə, bu, fəlakət və qalmaqal yaradacaq.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, əgər audit xidməti qanundan yayınma faktını müəyyən etsə, qanunvericiliyə yenidən baxılması zərurəti yarana bilər.
Şalva Papuaşvili Avropa Şurasının iştirakı ilə Baxmaroda keçirilən görüşlə bağlı Gürcüstan qanunvericiliyinin pozulması ehtimalının olduğunu diqqətə çatdırıb: “Biz Avropa Şurasının üzvüyük və əgər, bu təşkilat üzv dövlətin qanunlarını pozarsa, bu, yerli ofis üçün fəlakətli qalmaqal olar”.
Qeyd edək ki, iddiaya görə, Avropa Şurasının dəstəyi ilə Gürcüstanın Baxmaro bölgəsində seminar keçirilib. Gürcüstan Audit Xidməti tədbirin haradan maliyyələşdirildiyini araşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.10.2026 [20:18]
Kiyevdə Dnepr çayı üzərində su keçidləri salınacaq
- 27.10.2026 [19:17]
Böyük Britaniyada minimum əməkhaqqı təxminən 4 faiz artırılacaq
- 27.10.2026 [18:58]
Almaniya Kansleri Asiya ilə ticarət əlaqələrini genişləndirilmək istəyir
- 27.10.2026 [18:51]
Rusiya Kameruna və Konqoya informasiya müdaxiləsində ittiham edilir
- 27.10.2026 [18:35]
“Vnukovo” hava limanında uçuşlar müvəqqəti dayandırılıb
- 27.10.2026 [17:58]
Nigeriyada silahlı hücum nəticəsində 62 nəfər ölüb
- 27.10.2026 [17:57]