Nikola Düpon-Enyan: Fransanın Aİ-dən çıxmasını təklif edən yeganə namizəd mən olacağam
Paris, 21 sentyabr, AZƏRTAC
“Debout la France” partiyasının lideri Nikola Düpon-Enyan 2027-ci il prezident seçkiləri üçün kampaniyaya başlayıb. O, Fransanın Avropa İttifaqından (Aİ) çıxmasını proqramının əsas istiqamətlərindən biri kimi təqdim edir.
AZƏRTAC xəbər verir ki, prezident seçkilərinə namizəd bu haqda “Franceinfo” telekanalına danışıb. Siyasətçi bildirib ki, “Avropa İttifaqı adlandırdığı həbsxanadan çıxmağı təklif edən yeganə namizəd” olacaq. Onun sözlərinə görə, Fransanın sərhədləri üzərində nəzarətin bərpası, büdcə siyasətinə daha çox nəzarət edilməsi və enerji qiymətlərinin aşağı salınması üçün Aİ-dən çıxmaq lazımdır.
Düpon-Enyan, həmçinin Avropa İttifaqından çıxışın Fransa üçün 15 milyard avro qənaət yarada biləcəyini iddia edib. O, bu vəsaitin dövlət borcunun azaldılmasına və Fransada yeni doğulan hər bir uşağa 10 min avro məbləğində kapital ayrılmasına yönəldilməsini təklif edir.
Siyasətçi Ukraynaya yardımların dayandırılmasını və yanacağın qiymətinin hər litrə 40 sent aşağı salınmasını da təklif edib. Bildirib ki, bunun üçün dizel və benzindən alınan vergilər azaldılmalıdır.
Düpon-Enyan 2012-ci, 2017-ci və 2022-ci illərdə prezidentliyə namizəd olub, bu seçkilərin heç birində 5 faiz səs həddini keçməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]
“Tesla” qaradərili əməkdaşlara qarşı ayrı-seçkilikdə ittiham olunur
- 21.09.2026 [15:57]
Fransada silahlı insident: Ölən və yaralanan var
- 21.09.2026 [15:05]