ELM VƏ TƏHSİL
Gimnastika Məktəbinin yetirmələri beynəlxalq bədii gimnastika turnirində uğur qazanıblar
Bakı, 2 iyul, AZƏRTAC
Təhsil Nazirliyinin İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Gimnastika Məktəbinin yetirmələri yeddinci Beynəlxalq “2015 İstanbul RHYTHMİCS CUP” bədii gimnastika turnirində uğur qazanıblar.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, İstanbulda keçirilən turnirə Türkiyə ilə yanaşı, Azərbaycan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Rusiya, Qazaxıstan, Moldova və digər ölkələrdən 18 komandanın 200-dən artıq idmançısı qatılıb.
Azərbaycan turnirdə səkkiz idmançı ilə təmsil olunub.
Turnirin nəticələrinə əsasən Gimnastika Məktəbinin yetirmələrindən 6 yaşlı gimnastlar arasında Aylin Qulubəyova birinci yeri, 10 yaşlı gimnastlar arasında Jalə Quliyeva ikinci yeri, 8 yaşlı gimnastlar arasında Nuray Həsənzadə üçüncü yeri tutublar.