REGİONLAR
Goranboyda 44 min nəfərdən çox rayon sakini tibbi müayinədən keçirilib
Goranboy, 2 mart, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığına əsasən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi üçün Goranboy rayonunda xüsusi qərargah yaradılıb. Sakinlərin tibbi müayinəsi mərkəzi xəstəxana, diaqnostik poliklinika və 40 həkim məntəqəsində aparılır. Yaradılmış 5 həkim briqadasına terapevt, okulist, cərrah, nevropatoloq, stomatoloq, lor və digər ixtisaslar üzrə həkimlər daxil edilib.
Mərkəzi rayon xəstəxanasının baş həkimi Rüstəm Budaqov AZƏRTAC-a deyib ki, 2014-cü ildə olduğu kimi, bu il də dispanzerizasiya işləri yüksək səviyyədə təşkil olunub. Bunun nəticəsində indiyədək 93 min 608 nəfər rayon sakinindən 43 min 788-i tibbi müayinədən keçirilib. Müayinə olunanlardan 5852 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb. Onlardan da 140-ı stasionar, 5 min 669-u ambulator müalicəyə cəlb edilib, 43-ü isə Bakının ixtisaslaşdırılmış xəstəxanalarına göndərilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]