İQTİSADİYYAT
GRBS® müəssisə və təşkilatlara yüksək səviyyəli xidmətlər təklif edir
Bakı, 12 iyun (AZƏRTAC). GRBS®-də “Sanitar-Gigiyena Laboratoriyası” fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin AZS Milli Sertifikatlaşdırma Sistemində Texniki Səlahiyyətliliyə və Müstəqilliyə Akkreditasiya olunmuş laboratoriya müasir avadanlıqla təchiz edilmişdir. Sanitar-gigiyena laboratoriyası” iş yerlərinin attestasiyasını, həmçinin işçilər üçün ixtisaslaşmış təlim və konsultasiyalar həyata keçirir.
Laboratoriyanın rəhbəri Zərifə Hüseynovanın sözlərinə görə, mülkiyyət formasından asılı olmayaraq 5 ildən bir iş yerləri attestasiya olunmalıdır. Laboratoriya nəqliyyat, neftçıxarma, neft emalı və s. sahələrdə respublikamızda fəaliyyət göstərən ən iri təşkilatlarda (“Azərneftyağ” neft emalı zavodu, Ekol Mühəndislik Xidmətləri QSC, “Smith International Inc.” şirkətinin Azərbaycan nümayəndəliyi, “Azercell” Telekom Birgə Müəssisəsi, Bakı metropoliteni və s. attestasiyadan keçirilmişlər.
Laboratoriyada attestasiya aparmaq üçün müasir tələblərə cavab verən bütün zəruri avadanlıq və cihazlar vardır.