SİYASƏT
GUAM-IN MİLLİ ƏLAQƏLƏNDİRİCİLƏR ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLƏCƏKDİR
Bakı, 9 sentyabr (AZƏRTAC). Sentyabrın 10-dan 11-dək Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Uğrunda Təşkilatın (GUAM) Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcəkdir.
Görüşdə Azərbaycanın, Gürcüstanın, Ukraynanın və Moldovanın milli əlaqələndiriciləri BMT Baş Məclisinin sessiyasında müzakirəyə çıxarılacaq məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, GUAM-ın üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının növbəti iclasının gündəliyi diqqət mərkəzində olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [17:27]
Çiğdem Erdoğan: Azərbaycan-Türkiyə əlaqələri dinamik inkişaf edir
- 30.04.2024 [16:51]