Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Günel Aslanova: 860 Dəstək Xəttinə zəng vuranların əksəriyyətini fiziki və psixoloji zorakılığa məruz qalanlar təşkil edir

Günel Aslanova: 860 Dəstək Xəttinə zəng vuranların əksəriyyətini fiziki və psixoloji zorakılığa məruz qalanlar təşkil edir

Bakı, 2 sentyabr, Hikmət Əhmədov, AZƏRTAC

BMT-nin Əhali Fondunun (UNFPA) və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşəbbüsü ilə ərsəyə gələn 860 Gender əsaslı zorakılıqla bağlı Dəstək Xətti layihəsinin koordinatoru, “Genesis Psychology” təşkilatının direktoru Günel Aslanova Dəstək Xəttinin fəaliyyətinə dair AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

Günel xanım, 860 Dəstək Xətti barədə ümumi məlumat verərdiniz. Sözügedən dəstək xəttinin yaradılmasının əsas məqsədi nədən ibarətdir?

- Gender əsaslı zorakılıqla bağlı Dəstək Xətti layihəsinin icrasına 2020-ci ildən başlanıb. Sözügedən pilot layihə BMT-nin Əhali Fondunun maliyyə dəstəyi ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Genesis Psychology” təşkilatı tərəfindən icra edilir. Pilot layihənin və 860 Dəstək Xəttinin həyata keçirilməsində əsas məqsəd məişət zorakılığından zərər çəkən şəxsləri müdafiə üzrə mövcud dəstək xidmətlərinə dair məlumatla, habelə onları məsafədən və ya üzbəüz psixoloji dəstək və konsultasiya ilə təmin etməkdir. Dəstək Xəttinin heyəti bir menecer və iki operator olmaqla üç nəfərdən ibarətdir. Xəttin yarandığı gündən etibarən dəstək xidmətləri üçün müraciət edən şəxslərin zəngləri operatorlar tərəfindən əsas zəng saatlarına uyğun olaraq gündəlik 09:00-18:00 arası qəbul edilir.

Dəstək Xətti vasitəsilə hansı xidmətlər göstərilir?

- 860 Dəstək Xəttinə zəng edən şəxslər məişət zorakılığı ilə üzləşdikləri zaman ata biləcəkləri addımlar barədə maarifləndirilir, ehtiyac olduğu hallarda təmənnasız psixoloji dəstəklə təmin olunurlar. Ümumiyyətlə, Dəstək Xəttinin vəzifələrinə məişət zorakılığı hallarının qiymətləndirilməsinin aparılması, böhrana müdaxilə və şəxsi təhlükəsizliyin planlaşdırılmasının həyata keçirilməsi, məişət zorakılığına dair maarifləndirmə, zəng edən şəxslərə məişət zorakılığı ilə mübarizə zəncirində yer alan xidmət təminatçıları haqda məlumatların verilməsi və zəruri hallarda müraciətlərin aidiyyəti üzrə konsultanta yönləndirilməsi daxildir.

Dəstək Xəttindən faydalanan əhali kateqoriyaları əsasən hansılardır? Xəttə edilən müraciətlərin sayı barədə məlumat verərdiniz.

- 860 Dəstək Xəttinə daxil olan zənglər bir neçə meyara əsasən təhlil edilir. Bu meyarlara zəng edənin cinsi, yaşı, ailə vəziyyəti, təhsili, iş vəziyyəti, məruz qaldığı zorakılığın növü, hansı bölgədə yaşadığı, zəng üçün müraciət edənin kim olduğu, eləcə də yönləndirildiyi tərəfdaş qurum daxildir. Ümumiyyətlə, Dəstək Xəttinin fəaliyyətə başladığı andan 2022-ci il avqust ayının sonuna qədər olan müddət ərzində qəbul edilən zənglərin təhlilinə nəzər yetirsək zəng edənlərin böyük əksəriyyətinin qadınlar olmasını deyə bilərik. Ailə vəziyyətlərini təhlil edərkən məlum olmuşdur ki, zəng edənlər arasında evli olanlar çoxluq təşkil edir. Onlar arasında 341 nəfər evli, 221 nəfər subay, 60 nəfər isə boşanmışdır. Təhsil səviyyəsi meyarında orta təhsilli olanların üstünlük təşkil etdiyi məlum olub - 358 nəfər orta təhsilli, 230 nəfər ali təhsilli, 34 nəfər isə təhsilsizdir. Təhsilsiz şəxslərin bu qədər azlıq təşkil etməsi böyük ehtimalla onların müdafiə mexanizmləri barədə məlumata çıxışının kifayət qədər məhdud olması ilə bağlı ola bilər. Həmçinin rəqəmlər göstərir ki, zəng edənlərin əksəriyyəti işsizdir. Onların əksəriyyəti psixoloji və fiziki zorakılığa məruz qaldıqlarına dair məlumat verib. Qeyd etmək istərdim ki, zənglərin əksəriyyəti Bakı ərazisindən olub ki, bu da mövcud məlumata çıxışla birbaşa əlaqəli ola bilər. Dəstək Xəttinə zəng edənlərin əksəriyyəti ehtimallarımıza uyğun olaraq 18-35 yaş aralığındadır. Bizim üçün sevindirici hallardan biri ondan ibarətdir ki, daxil olan zənglər arasında yalnız zərərçəkmiş şəxslərin özü deyil, həmçinin fəal vətəndaş mövqeyi göstərən şəxslər də var. Zənnimcə, bu, artıq cəmiyyətimizdə zorakılığa sıfır tolerantlıq mədəniyyətinin formalaşmağa başlamasının göstəricilərindəndir.

Ən çox hansı zorakılıq formaları ilə üzləşmiş şəxslər sizə müraciət edir?

- 860 Dəstək Xəttinə məişət zorakılığının bütün əsas növləri - fiziki, iqtisadi, psixoloji və cinsi zorakılıqla üzləşmiş şəxslərdən zənglər daxil olur. Zənglərin əksəriyyətini fiziki və psixoloji zorakılığa məruz qalanlar təşkil edir. Bu, bir neçə amillə bağlı ola bilər. Belə ki, istər Azərbaycanda, istərsə də digər ölkələrdə keçirilən tədqiqatlar göstərir ki, qadına qarşı fiziki və psixoloji zorakılıq daha geniş yayılıb. Eyni zamanda, təəssüflə qeyd etməliyəm ki, qadınlar bir çox hallarda cinsi zorakılıq haqqında məlumat verməkdən çəkinir, stiqma və qınaqdan ehtiyat edirlər. Zəng edib zorakılıq haqqında məlumat verənlər arasında vətəndaş mövqeyi nümayiş etdirən şəxslərə, həmçinin zorakılığa məruz qalan şəxslərin ailə üzvləri və yaxud dost-tanışlarına da təsadüf edirik. Lakin zəng edənlərin əsas hissəsini zorakılığa məruz qalan şəxslərin özləri təşkil edir. Onu da qeyd etmək lazımdır ki, apardığımız statistikaya əsasən ailədaxili zorakılığı törədən şəxslərin əksəriyyəti zərərçəkmişlərin intim partnyorları/həyat yoldaşları olub.

Dəstək Xəttinin işinin digər qurumlarla əlaqələndirilməsi nə cür həyata keçirilir? Əsasən hansı qurumlarla əməkdaşlıq edirsiniz?

- Digər qurumlarla əlaqələndirmə 860 Dəstək Xətti layihəsinin vəzifələrinə müvafiq olaraq zəng edən şəxsə xidmət təminatçıları ilə bağlı məlumat vermək şəklində həyata keçirilir. Zəng edənə xidmət təminatçısının göstərə biləcəyi xidmət haqqında məlumat verməklə yanaşı, onun əlaqə məlumatları da ötürülür. Dəstək Xətti ilə əməkdaşlıq edən xidmət təminatçıları arasında Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi, Vəkillər Kollegiyası, tibbi və psixoloji dəstək göstərilməsi istiqamətində fəaliyyət göstərən özəl və dövlət müəssisələri, sığınacaqlar, monitorinq qrupları, Uşaq Xidmət Mərkəzləri əsas yer tutur.

Vətəndaşlar Dəstək Xətti ilə necə əlaqə saxlaya bilərlər?

- Dəstək Xətti ilə şəhər telefonlarından birbaşa 860, mobil nömrələrdən və ölkənin regionlarından isə 012 860 yığmaqla əlaqə saxlamaq mümkündür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNƏCƏK

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO