İQTİSADİYYAT
“Günəşli” yatağındakı 4 saylı özüldə quraşdırılmış Kompressor stansiyası dövlət komissiyası tərəfindən istismara qəbul edilmişdir
Bakı, 20 iyul (AZƏRTAC). “Günəşli” yatağındakı 4 nömrəli Dərin dəniz özülündə inşa edilmiş Kompressor stansiyası dövlət komissiyası tərəfindən istismara qəbul edilmişdir.
AZƏRTAC xəbər verir ki, ARDNŞ-in qaz proqramı çərçivəsində bu ilin əsas buraxılış obyektlərindən olan Kompressor Stansiyası vasitəsilə “Günəşli” yatağında hasil olunan aşağı təzyiqli səmt qazları yığılaraq “Neft Daşları”ndakı 2 saylı Sıxıcı kompressor stansiyasına, oradan isə sahilə nəql ediləcəkdir.
Kompressor stansiyasının iki hissədən ibarət modulları (kompressor və soyuducu modullar) Zığ sahəsində yığılmışdır. Kompressor stansiyası 2 qaz-turbin mühərrikli mərkəzdənqaçma kompressor qurğusu və köməkçi avadanlıqdan ibarətdir. Stansiyanın giriş təzyiqi 1,15 atmosfer və məhsuldarlığı sutkada 4 milyon kubmetr təşkil edir.
Qeyd edək ki, “Günəşli” yatağındakı 4 saylı Dərin dəniz özülü 1984-cü ildə tikilmiş, 1986-cı ildə əlavə olaraq 2 blokla genişləndirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]