DÜNYA
Gürcüstan Polşa ilə birlikdə yeni pilotsuz uçuş aparatı istehsal etmək niyyətindədir
Tbilisi, 12 noyabr, AZƏRTAC
Gürcüstan Polşa ilə birlikdə yeni pilotsuz uçuş aparatı (PUA) istehsal etmək niyyətindədir. Bunun üçün Tbilisi yaxınlığında Gürcüstan-Polşa “Delta -Veba” zavodu tikilir.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze zavodda olub, işlərin gedişi ilə maraqlanıb.
Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, zavodun tikintisi yaxın vaxtlarda başa çatdırılacaq.
Nazir Burçuladze qeyd edib ki, müəssisə yaxın vaxtlarda Gürcüstan PUA-larını istehsal edəcək.
Qeyd edək ki, “Delta-Vebe” Gürcüstan-Polşa şirkəti Polşanın “WB Electronics” şirkəti ilə Gürcüstanın “Delta” dövlət hərbi elmi-texniki mərkəzi arasında imzalanmış müqavilə əsasında yaradılıb.
Sözügedən müəssisədə gürcü və polşalı mütəxəssislər pilotsuz uçuş aparatlarının istehsalı mövzusunda birgə çalışacaqlar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]