DÜNYA
Gürcüstan-Rusiya sərhədindəki Kazbeqi nəzarət-keçid məntəqəsi yenidən qurulmuşdur
Tbilisi, 10 sentyabr (AZƏRTAC). Gürcüstan-Rusiya sərhədindəki yeganə rəsmi Kazbeqi nəzarət-keçid məntəqəsində bir il ərzində aparılan yenidənqurma işləri başa çatdırılmışdır.
Yenilənmiş məntəqənin açılışında Gürcüstan hökumətinin üzvləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Məntəqənin yenidən qurulmasına 10 milyon lari (1 dollar 1,65 laridir) xərclənmişdir.
Yenidənqurma işlərinin son vaxtlar məntəqədən keçənlərin sayının 2,5 dəfə, həmçinin yükdaşımaların nəzərəçarpacaq dərəcədə artdığına görə aparıldığı bildirilmişdir.
Vurğulanmışdır ki, yenilənmiş məntəqə Gürcüstanın kənd təsərrüfatı məhsullarının Rusiya Federasiyasına ixracının artırılmasına imkan yaradacaqdır.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [16:06]
ABŞ-da Fələstinə dəstək aksiyalarında 2,1 min nəfər həbs olunub
- 03.05.2024 [16:04]
Suriyada İŞİD-in hücumu nəticəsində 17 hərbçi həlak olub
- 03.05.2024 [15:47]
Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]