Gürcüstana yağan leysan yağışları problemlər yaradıb
Tbilisi, 22 iyul, AZƏRTAC
Gürcüstan ərazisində yağan güclü leysan yağışları ölkənin qərb bölgəsində problemlərə səbəb olub.
AZƏRTAC xəbər verir ki, Adıgey rayonunun Tsageri Bələdiyyəsi ərazisində torpaq sürüşməsi baş verib. Lacanuri çayının daşması nəticəsində “Laşıçala” istirahət mərkəzinə gedən yoldakı körpü yararsız hala düşüb, hazırda həmin istiqamətdə hərəkət dayandırılıb. Bəzi ərazilərdə sakinlər də təxliyə olunublar.
Avtomobil Yolları İdarəsinin texnikası əraziyə cəlb edilib, yolların təmizlənməsi işləri aparılır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi