Gürcüstanda 150 min hepatit C xəstəsi var
Tbilisi, 7 mart, AZƏRTAC
Gürcüstan əhalisinin təqribən 150 min nəfərinin hepatit C virusundan müalicəyə ehtiyacı var.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstanın səhiyyə naziri David Sergeyenko çıxış edib.
Nazir bildirib ki, 2015-ci ilin sonlarından başlayaraq ölkədə hepatit C xəstələrinin pulsuz müalicə olunması ilə bağlı proqram həyata keçirilir. Xəstələrin müalicəsi proqramı Amerikanın “Gilead Sciences” şirkəti ilə imzalanmış müqavilə əsasında reallaşıb. Proqram çərçivəsində xəstələr pulsuz olaraq “Sovaldi” adlı dərman preparatı alırlar. Proqram 2020-ci ildə başa çatır. Mütəxəssislər əhaliyə müraciət edərək imkan daxilində bu xəstəlikdən tez müayinə və müalicə olmağa çağırırlar.
Nazir deyib: “Məqsədimiz odur ki, həmin 150 min nəfərin heç olmasa 90 faizi müalicə prosesinə qoşulsun”.
D.Sergeyenkonun sözlərinə görə, xəstələrin azı 95 faizi müalicə olunmalıdır.
Bildirilib ki, proqramın icra olunduğu 3 il yarım ərzində 1 milyon 350 min insan müayinə olunub. Daha 2 milyon 800 min nəfər də müayinədən keçməlidir.
Ölkədə 2015-ci ildə aparılan təhqiqatların nəticələrinə görə, əhalinin təxminən 8 faizi hepatit C virusunun daşıyıcısıdır. Dövlət proqramı çərçivəsində bugünədək 45 min nəfər bu xəstəlikdən müalicəyə cəlb edilib və onların 98 faizi müalicə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [13:00]
Rafael Qrossi İran və ABŞ arasında memorandumun imzalanmasını alqışlayıb
- 18.06.2026 [12:58]
Avropa İttifaqında qeyri-qanuni miqrantlarla bağlı yeni qaydalar təsdiqlənib
- 18.06.2026 [12:51]
Ceff Bezos: Süni intellekt kadr çatışmazlığına səbəb olacaq
- 18.06.2026 [12:49]
Litva hökuməti iyunun 23-də istefa verəcək
- 18.06.2026 [12:30]
Fransa və Almaniyanın birgə müdafiə qrupu yeni tanklar təqdim edib
- 18.06.2026 [12:07]
Mark Rütte: NATO ABŞ-nin alyansda iştirakını azaldacağını nəzərə almalıdır
- 18.06.2026 [12:04]