ELM VƏ TƏHSİL
Gürcüstanda 4 Azərbaycan vətəndaşı doktoranturada təhsil alır
Tbilisi, 4 mart, AZƏRTAC
Gürcüstanın ali təhsil müəssisələrində 17,5 min əcnəbi tələbə təhsil alır. Onlardan 5,3 mini dövlət universitetlərində, 12,2 min nəfəri isə özəl universitetlərdə təhsil alır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 2021/2022-ci tədris ilində Gürcüstan universitetlərinə qəbul olan əcnəbi tələbələrin sayı əvvəlki tədris ili ilə müqayisədə 19 faiz artıb. Ümumilikdə isə 2022-ci ildə Gürcüstanda 159,8 min nəfər tələbə adını qazanıb. Tələbələrin 63,6 faizi Gürcüstanın 19 dövlət universitetində, 36,4 faizi isə 45 özəl universitetdə təhsil alır.
Hazırda 33 nəfər xarici ölkə vətəndaşı Gürcüstanda doktorantura pilləsində təhsil alır. Onların da 4-ü Azərbaycan vətəndaşıdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]