DÜNYA
Gürcüstanda üç nazirlik ləğv edilib
Tbilisi, 26 iyun, AZƏRTAC
Gürcüstan hökumətində üç nazirlik ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin bu gün keçirilən iclasında Baş nazir Mamuka Baxtadze məlumat verib. Onun təqdim etdiyi yeni struktur dəyişikliklərinə əsasən, Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyi bu ölkənin Təhsil və Elm Nazirliyinə, Cəzaların İcrası və Probasiya Nazirliyi isə Ədliyyə Nazirliyinə birləşdirilir. Eyni zamanda, Qaçqınların İşi və Yerləşdirilməsi Nazirliyi ləğv olunaraq səlahiyyətləri 3 dövlət qurumu arasında bölüşdürüləcək. Bundan başqa, Dini Məsələlər üzrə Dövlət Agentliyi ləğv edilərək, Barış və Vətəndaş Bərabərliyi üzrə dövlət nazirinin aparatına birləşdiriləcək.
Hökumətin yeni strukturu təsdiqlənmək üçün yaxın günlərdə parlamentə təqdim olunacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [15:33]
İndoneziyada Ruanq vulkanı yenidən püskürüb
- 30.04.2024 [15:22]
Çinin “Şencou-17” missiyasının astronavtları 6 aydan sonra Yerə qayıdıblar
- 30.04.2024 [15:13]
Zelenski Ukraynanın müharibə zamanı NATO-ya üzv olacağına inanmır
- 30.04.2024 [14:59]
Hindistanda polislə atışmada yeddi üsyançı öldürülüb
- 30.04.2024 [14:55]
Yaponların ənənəvi qeyri-adi festivalı keçirilib
- 30.04.2024 [14:40]
Avropada 51 mindən çox azyaşlı qaçqın itkin düşüb
- 30.04.2024 [14:19]
Latviya Belarusla sərhəddə yeddi yeni döyüş taboru formalaşdıracaq
- 30.04.2024 [14:16]