DÜNYA
Gürcüstanın Azərbaycanla həmsərhəd Kaxeti bölgəsində dini zəmində münaqişə baş vermişdir
Tbilisi, 29 iyun(AZƏRTAC). Gürcüstanın Azərbaycanla həmsərhəd Kaxeti bölgəsindəki Dedoplissxaro rayonunun Samtasxaro kəndində dini zəmində münaqişə baş vermişdir. Xristian gürcülər bu kəndə Acarıstandan köçürülmüş müsəlman Suliko Xozrevanidzenin evində cümə namazı qılınmasına mane olmağa çalışmış, onun həyat yoldaşını təhqir etmişlər. Nəticədə ciddi qarşıdurma yaranmış, tərəfləri polis işə qarışdıqdan sonra sakitləşdirmək mümkün olmuşdur.
Xristianlar müsəlman ailəsinin kənddən köçürülməsini tələb etmiş, əks-təqdirdə onun evini yandıracaqları ilə hədələmişlər. Onlar müsəlmanların ətraf kəndlərdən bura gəlib ibadət etmələrinə imkan verməyəcəklərini söyləmişlər.
Suliko Xozrevanidze isə jurnalistlərə bildirmişdir ki, hökumətin onun Konstitusiya hüquqlarını təmin edəcəyinə əmindir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:46]
Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]