İQTİSADİYYAT
Gürcüstanın Baş naziri BP-nin icraçı direktoru ilə “Şahdəniz”in perspektivlərini müzakirə edib
Tbilisi, 19 yanvar, AZƏRTAC
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili BP-nin icraçı direktoru Robert Dadli ilə “Şahdəniz” layihəsinin perspektivlərini müzakirə edib.
Gürcüstan Baş nazirinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müzakirələr Davosda keçirilən görüşdə aparılıb.
Görüşdə “Şahdəniz” layihəsinin ikinci fazası çərçivəsində Cənubi Qafqaz boru kəmərinin Gürcüstan ərazisindən keçən hissəsində genişləndirilməsi istiqamətində görülən işlər, bu layihə çərçivəsində Avropa ölkələrinə nəql olunacaq qazın həcminin artırılması məsələləri müzakirə olunub. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənubi Qafqaz boru kəmərinin regionun inkişafına verdiyi töhfə xüsusi vurğulanıb.
Bildirilib ki, bu layihələr təkcə Gürcüstanda deyil, Türkiyə və Avropada yeni infrastrukturun yaradılmasında mühüm rol oynayır.
Görüşdə qarşılıqlı əməkdaşlığın perspektivləri də müzakirə olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]