Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hafiz Paşayev – 80
Tarixi şəxsiyyətə hörmət və ehtiramla

Hafiz Paşayev – 80  Tarixi şəxsiyyətə hörmət və ehtiramla

 

Bakı, 29 aprel, AZƏRTAC

Hafiz Paşayev 1941-ci il mayın 2-də Bakıda doğulub. Onun bu il tamam olan 80 illik yubileyi təntənə ilə qeyd edilməyə layiq dəyərli hadisədir.

Çox xoşbəxtəm ki, ölkəmiz milli müstəqilliyini bərpa etdiyi gündən etibarən təhsil sahəsində ən böyük layihələrdən biri olan ADA Universitetinin inkişafında onunla yaxından işləmək fürsətim olub. Bu yolda qismətimdə Hafiz müəllimlə yoldaşlıq şansı olduğundan xeyli xatirələrim var və bunlardan bəzilərini oxucularla bölüşmək mənim üçün xüsusi bir şərəfdir.

Bu fikirlər ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin “Hafiz Paşayev-80. Tarixi şəxsiyyətə hörmət və ehtiramla” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Yolumuz Vaşinqtondan başladı. Səfir Paşayevlə ilk dəfə 1996-cı ildə Klinton Administrasiyasının ABŞ Konqresi ilə büdcə məsələlərinə dair fikir ayrılığı səbəbindən hökumətin fəaliyyətini dayandırdığı bir vaxtda - şaxtalı bir yanvar günündə tanış oldum. Hafiz müəllim o zaman Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri idi və səfirliyimizdə bir qrup azərbaycanlı tələbə ilə görüşməyə lütfkarlıqla razılıq vermişdi.

Azərbaycanın bu supergüc ölkəsində ilk səfiri ilə görüşmək, ölkəmizin ön diplomatik cəbhəsində yer alan səfirliyimizi görmək istədik. Səfir Paşayev özünün gərgin iş cədvəlinə baxmayaraq biz gənclər üçün vaxt ayırdı. Görüşümüzün sonunda işlərimizlə, planlarımızla maraqlandı. Əlbəttə, çox təsirləndik, ona çox minnətdar idik. Bizə amerikalılarla münasibətlərimizdə Azərbaycanı tanıtmağa və Vətənə necə kömək edə biləcəyimizə dair məsləhətlərini verdi. Həmin gün Gürcüstanın səfiri Tedo Caparidzenin də onunla görüşə gəldiyini gördüm. O zaman heç bilməzdim ki, bu iki şəxsiyyət bölgəmizin strateji mahiyyətini dəyişdirəcək Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə dair həssas və mürəkkəb danışıqlar aparırmış. Bundan əlavə, onu da çox yaxşı xatırlayıram ki, səfirliyin hər işçisi təcili diplomatik vəzifələrin icrası ilə necə məsul bir atmosferdə son dərəcə ciddiyyətlə çalışırdı.

Səfir Paşayevi ikinci dəfə 1999-cu ildə səfirliyə təcrübəçi kimi işləməyə gəldiyimdə gördüm. Səfirlik tarixində ilk təcrübəçi idim və Hafiz müəllim mənə o gündən etibarən çiyinlərimə inanılmaz dərəcədə böyük bir məsuliyyətin düşdüyünü söylədi. "Yaxşı işləsən, yaxşı nümunə olsan, işimizə daha çox təcrübəçi cəlb edərəm" dedi. Keçdiyimiz təcrübə Vaşinqtonun isti və rütubətli yay fəslinə təsadüf edirdi və bu da həyatımın ən dəyərli yaylarından biri oldu. Səfir Paşayev hamımıza, səfirliyin komanda üzvlərinə medianın monitorinqi və icmalı daxil olmaqla bir sıra vacib tapşırıqları yerinə yetirmək, mühüm iclas və konfranslarda iştirak etmək, beyin mərkəzləri, media qurumları və universitetlərin nümayəndələri ilə müzakirələr aparmaq səlahiyyətini verdi. O günlər səfirlik qızğın fəaliyyətinə görə arı pətəyinə bənzəyirdi.

O zaman çalışdığım komanda üzvləri sırasından gələcəkdə Azərbaycanın müxtəlif ölkələrində fəaliyyət göstərən altı səfirinin yetişməsi indi heç də təəccüblü görünmür. Onlar bizim diplomatlarımızın ən güclü kadrlarına çevrildilər. Sözsüz ki, Hafiz müəllimin yetirmələrinə peşəkarlıqla verdiyi diplomatik təlim onun şəxsi təşəbbüsü ilə Azərbaycan Diplomatik Akademiyasının (hazırda ADA Universiteti) əsasının qoyulmasından daha əvvəl başlamışdı. Təəccüblü deyil ki, indi o, Xarici İşlər Nazirliyində ölkənin diplomatik xidmətinin ağsaqqalı qəbul edilir.

Səfir Paşayev Amerikada bizi tez-tez bir yerə toplayır, mütəmadi olaraq hesabatlarımızı dinləyir, bizə rəy və məsləhətlərini verirdi. Görüşlərimiz vəzifələrimizə dair qızğın müzakirələrlə keçər, sonda isə o, öz qərarlarını və təlimatlarını ifadə edərdi. Müzakirələrdəki ayrıntılara, eləcə də onun hər birimizə böyük diqqəti və qayğısı unudulmazdır. O, rəsmi səlahiyyət sahibi kimi ciddi olduğu qədər də mehriban və qayğıkeş idi. Ən gərgin məsələlərin müzakirəsində belə əsəbiləşdiyini görmədim. Amma çiyinlərində hansı strateji məsuliyyət yükünün olduğunu da yaxşı bilirdik.

Təmsil etdiyi ölkəmiz ciddi problemlərlə üz-üzə idi: Ermənistanın təcavüzü, torpaqlarımızın işğalı, qaçqın və məcburi köçkün axını. Bunlar hamı kimi onun da ürəyini dağlamışdı. İki onillik sonra, 2021-ci ilin fevralında səfir Paşayevlə işğaldan azad olunmuş Qarabağa səfərimiz zamanı onun gözlərinə baxdım. Sevinc dolu gözləri xoşbəxtliklə, şükranlıqla parlayırdı. O da mənim onu gördüyümü gördü, ikimiz də duyğularımızı gözlərimizdən oxuduq: Vaşinqtonda keçirdiyimiz bütün o çətin günlər, hətta bəzən səbir tükədən anlar, demək, nəticəsiz qalmadı. Səbrimiz, planlaşdırma və fədakarlığımız bəhrəli oldu. Ayaq üstə qürurla durmağına yardımçı olduğu ölkə yenidən bütövləşdi. Bir millətin ümidləri doğruldu! Xəyallar gerçəkləşdi!

Amerikanın Azərbaycan hökumətinə yardımını haqsız qadağan edən - “Azadlığa Dəstək Aktı”nın (1992-ci ilin yayında qəbul edilmiş) məlum 907-ci maddəsinin ləğvi üçün ABŞ Konqresində qaldırılan məsələnin müzakirəsində səsvermənin gedişatını izləyirdik. Bu, təcrübəmin xüsusi bir mərhələsi kimi bioqrafiyamda yer alır. Vaxtilə nüfuzlu erməni lobbisi tərəfindən irəli sürülmüş və səfir Paşayevin Vaşinqtona gəlməsindən, vəzifəsini icra etməyə başlamasından daha əvvəl qəbul edilmiş qanunu ləğv etmək səylərinə senator Sam Braunbek (“R-KS”) rəhbərlik edirdi. Səfirimizin səyləri sayəsində, o, ABŞ-Azərbaycan strateji münasibətlərinin tərəfdarı oldu və 907-ci maddəni ləğv etmək cəhdlərinə rəhbərlik etdi. Səfirlikdə hamı bir nəfər kimi ABŞ qanunvericilərini buna inandırmaq üçün gecə-gündüz çalışırdı. Yadımdadır, işçilərimizin hər biri veriləcək səslərin proqnozlaşdırılması üçün hər adın yanına “+” və ya “-“ işarəsi qoyaraq senatorların və nümayəndələrin adlarından ibarət uzun siyahı tuturdu. Başımızın da üstündə səfir Paşayev... Vəziyyət gərgin idisə də, biz nikbin və enerjili idik. Uğura çox yaxın idik - qazanılan nəticə yalnız 25 səs sayı fərqi ilə əldə edilmişdi (ABŞ Konqresinin cəmi 435 üzvü arasından).

Təcrübə müddətim bitmişdi. Səfir Paşayev mənə zaman ayıraraq ulu öndər Heydər Əliyevin 1997-ci ildə ABŞ-a 11 günlük ilk rəsmi dövlət səfərinə hazırlıq işləri barədə danışırdı. O, bu səfərin bir çox təfərrüatını mənimlə bölüşdü, yeni nailiyyətlərdən, eyni zamanda, belə bir miqyasda mühüm tədbirin təşkilinə dair həyata keçirilmiş xeyli maddi-texniki və protokol işlərindən bəhs etdi.

Amerikada səfir Paşayevin həyat yoldaşı Dr. Rəna Paşayevanı da yaxından tanımaq fürsətini qazandım. Xeyirxah, mülayim bir insan, həyat yoldaşına tarixi missiyasında daim dəstəkçi olan, eləcə də bütün azərbaycanlı gənc diplomat və tələbələrə ana kimi qayğıkeş Rəna xanımı.

2001-ci ildə Sent-Luisdəki Vaşinqton Universitetində magistr tələbəsi idim. Səfir Paşayev, o zaman gürcü və özbək həmkarları ilə birlikdə mühazirə oxumaq, onların şərəfinə təşkil olunan tədbirlərdə iştirak üçün universitet şəhərciyinə gəlmişdi. O zaman sərgilədiyi məğrurluğun, ləyaqətli davranışlarının, səylə çalışmasının, fədakarlığının bir daha şahidi oldum.

İnsanlara qarşı səmimiliyi, açıqsözlülüyü, vətəndaş cəmiyyəti nümayəndələrinə, elm cameəsində çalışanlara, jurnalistlərə qarşı nəcib münasibəti onu ölkəmizin ən yaxşı səfirlərindən biri etmişdi. İnsanlar ona etimad bəsləyir və bu etimadları da Azərbaycana münasibəti yaxşı mənada dəyişirdi. Xatırlayıram ki, Vaşinqtonda bir neçə mötəbər beyin mərkəzində çalışan mütəxəssislər məhz səfir Paşayevlə şəxsi əlaqələrinə görə tədricən Azərbaycana rəğbətlərini açıq ifadə etməyə başladılar. Onların arasında senatorlar, akademiklər, media nümayəndələri və Zbiqnev Bjezinski kimi Amerika geostrategiyasının böyük ustadı da var idi.

Səfir Paşayev 2006-cı ildə Azərbaycan Diplomatik Akademiyasını qurmaq üçün Bakıya qayıdanda yollarımız yenidən kəsişdi. O, məni bu yeni təhsil müəssisəsində işləməyə dəvət etdi. Başlanğıcda nə bina vardı, nə müəllim və işçi heyəti, nə də büdcə. Bütün bunların ərsəyə gəlməsində onun dahiyanə uzaqgörənliyi, böyük arzuları öz işini gördü. ADA öz fəaliyyətinə diplomatlar üçün mütəxəssis hazırlığı akademiyası kimi başladı. Əlbəttə, Azərbaycanın bu günü və gələcəyi ilə bağlı arzuları tükənməyən rektor Paşayev ADA-nın rolunu yalnız diplomatik təlimlə məhdudlaşdıra bilməzdi. O, çox doğru olaraq ADA-nın gələcəyini Bakının mərkəzində yerləşən yeni, mükəmməlliyə, təcrübəyə əsaslanan, dünyaya açıq təhsil ekosisteminin milli avanqardı olaraq gördü. O, ADA-nı millətimizi və siyasi rəhbərliyimizi qürurlandıracaq dünya səviyyəli bir universitetə çevirmək istədi. Onun elmi və diplomatik təcrübəsi bu mühüm işdə öz həlledici rolunu oynadı.

Azərbaycan Diplomatik Akademiyası gənc diplomat kadrlar üçün təlim platformasından tədricən tamhüquqlu bir Universitetə çevrildi. Bu gün ADA Universitetində 4 müxtəlif istiqamət üzrə 16 fərqli ixtisasda 45 ölkədən ümumilikdə 3000 tələbə təhsil alır. Biz 100 beynəlxalq tərəfdaş universitet və 100 yerli korporativ əməkdaş şirkətdən ibarət geniş bir şəbəkə qurmuşuq. Bu günümüzün məzunları artıq islahat və yeniliklərin katalizatoruna, eləcə də dəyişiklik və inkişaf üçün lokomotivə çevrilən bir brendin - ADA Universitetinin tələbələri olmağa can atırlar.

Bəs ADA-nın uğur sirri nədədir? Rektor Paşayevin misilsiz liderlik üslubunu nə təşkil edir?

Öncə onun səmimiliyi və dürüstlüyü!

Rektor Paşayev Universitetdə elə bir şəffaflıq və hesabatlılıq sistemi qurub ki, burada hər işçi istedadı və bacarığına görə seçilir, öz peşəkarlığını ən yüksək səviyyədə həyata keçirmək üçün ruhlandırılır. İnsanlara inanaraq onlara etibar etmək, cəsarətlə irəliləməyə təşviq edərkən onların yollarında olan maneələri və çətinlikləri aradan qaldırmaq - bütün bunlar və daha çox şey, sözsüz ki, səfir Paşayevin xarakterini əks etdirən bənzərsiz liderlik xüsusiyyətlərindəndir. İnsanlar onunla özlərini güvənli və dəyərli hiss edirlər. O, özünü aktiv və dinamik fərdlərlə əhatə edir, tabeliyində olan şəxslərin layihələrini uğur hekayələrinə çevirmələrinə yardımını əsirgəmir.

Rektor Paşayev ixtisasca fizik olaraq detallara qarşı çox diqqətlidir. Onun ADA Universitetində rəsmi məktubları 15 dəfəyə qədər yoxlaması və düzəliş etməsi kimi çoxlu əhvalat və xatirə var. O, kampusdakı hər çiçəyə, kola, hətta hər bir mebel hissəsinə xüsusi diqqət yetirir. Hər kəs - bağbanlar və təmizlik işçiləri də rektorumuzdan lazımi diqqət və qayğı görür.

Rektor Paşayevin təvazökarlığı və sadəliyi!

Onun tələbə və işçilərlə bərabər nahar etməsini indi hamı adi bir davranış tərzi kimi qarşılayır. Onlarla danışmağı, uğurlarını və qayğılarını dinləməyi xoşlayır. O, əlçatan olmağı sevir. ADA Universitetində “Açıq qapı” siyasətini israrla tətbiq edən məhz cənab Hafiz Paşayevdir. Onun bu siyasəti problemlərin vaxtında həllinə, rəylərin məqamında alınmasına dəyərli töhfə verir. O, səbirlidir, müsahiblərini anlayışla dinləyir. Emosional reaksiya verməkdən çəkinir, hər zaman zəiflərin yanında olur. Xüsusilə o hallarda ki, söhbət tələbələrin problem və narahatlıqlarından gedir!

Rektor Paşayev həqiqi bir alim kimi tədqiqat və təlimin əsl dəyərini yaxşı bilir. Bizim Universitetdə prioritetlərdən biri peşəkarlığın inkişafının təşviqinə vəsait ayrılmasıdır. Məsələn, ADA müəllim heyətinin imkanlarının artırılması naminə həm fərdi tədqiqatlar, həm də beynəlxalq potensial inkişaf proqramları və təlimlər həyata keçirilir. Tədqiqat işlərinə əksər hallarda özü rəhbərlik edir. Azərbaycan Xalq Cümhuriyyətinə dair materiallar da daxil olmaqla, unudulan arxivlər və əlyazmaları onun əlində yeni həyat qazanır.

Nəhayət onun gələcəyə baxışı və dünyagörüşünü qeyd edərdim. Rektor Paşayev hər zaman innovasiya, yeni fikirlər, dəyişiklik və inkişaf axtarışındadır. İşlər durğunlaşanda narahatlıq keçirir. Daim qurmaq və yaratmaq istəyir. Onun yeni proqramlar, şöbələr, tədqiqat mərkəzləri və hətta ADA nəzdindəki orta məktəbə dair uzaqgörənliyi Universitetin strategiyasını gözəl müəyyənləşdirir. Ən çətin vəziyyətlərdə belə ümidini itirmir, həmişə məğrur və qətiyyətlidir. O, bu mübarək yaşında da millətinə, ölkəsinə məsuliyyətli xidmət missiyasını uğurla davam etdirir.

Diplomat, Səfir, Alim, Pedaqoq, Vətənpərvər, Xarizmatik lider. Bunlar Hafiz müəllimi ən yaxşı səciyyələndirən sözlərdir.

Bəzən elə bilirlər ki, Hafiz müəllim kimi insanlara, daha çox keçmişin sanballı şəxsiyyətləri qəbildən olanlara indi çətin rast gəlmək olar. Günümüzün qloballaşan, təlatümlü dünyasında rektor Paşayev min illərin dəyərlərini öz şəxsində və amalında yaşadan bir İnsandır! O, uzaqgörənliyi, tükənməz enerjisi ilə çoxumuzdan daha gəncdir.

Onun həyata keçirmək istədiyi çoxsaylı yeni planları olduğunu bilirəm. Qarabağ Beynəlxalq Forumu, İtaliya-Azərbaycan Universiteti, Lütfi Zadə tədqiqat mərkəzi, texnoparklar, “ağıllı kənd” layihələri və daha nələr! Bütün bu arzu və planlarının gerçəkləşməsi naminə biz rektor Paşayevə möhkəm cansağlığı və güc-qüvvət arzulayırıq!

Həyatımı tanışlığımızın ilk illərindən etibarən ADA-nın 15 ili də daxil bu günlərədək tarixi bir şəxsiyyətlə - qalib və müstəqil Azərbaycanın möhtəşəm bir siması ilə bölüşmək mənim üçün şərəfdir!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TƏBİB: Azad edilmiş ərazilərdə tibbi xidmətlərin müasir yanaşmalar əsasında qurulması istiqamətində işlər görülür

Belarus Üzgüçülük Federasiyasının sədri: Bakıdakı konqres yüksək səviyyədə təşkil olunub

Beynəlxalq konfransın iştirakçıları Laçında səfərdədirlər

Antoniu Silva: Bakı su idman növlərinin xəritəsində öz yerini tutur

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Səyyah: Azad olunmuş ərazilərdə görülən bərpa-quruculuq işləri heyranedicidir

Naxçıvanda Ərzurum Şəhər Teatrının “Madmazelin pişiyi” tamaşası nümayiş olunub

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Fisincana at nalı atdı! Timur Pivkinlə “Yeməyə dəyər” VİDEO

Çarlz Veley: Azərbaycan tərəfindən görülən bu işlər mənim üçün böyük irəliləyiş deməkdir

Kürşad Zorlu: Türkiyə-Azərbaycan qardaşlığı ortaq tarix, sarsılmaz birlik və vahid gələcək deməkdir

Səfir: İndoneziya və Azərbaycan arasında beş əməkdaşlıq layihəsi mövcuddur

Dünyada təxminən 1 milyard insan psixi pozuntulardan əziyyət çəkir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 10 oktyabr

Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb

Dünyada hər səkkiz quş növündən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir

Azərbaycanın 5 boksçusu Avropa çempionatının finalına yüksəlib

Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

Türkiyə Üzgüçülük Federasiyasının prezidenti: Azərbaycan Avropa Su İdmanı Federasiyasının Konqresinə çox ciddi çalışıb

Türkiyənin "Oruç Rəis" gəmisi Şimali Kiprə çəkilən qaz kəməri marşrutunun seysmik tədqiqatını aparacaq

Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

Azərbaycanda Pencak Silat İcmasının fəaliyyəti təsdiqlənib

Türkiyədə keçirilən 77-ci Beynəlxalq Astronavtika Konqresi başa çatıb

Deputat: Milli Məclisin payız sessiyasında vərəm xəstəliyinə həsr olunmuş dinləmə keçiriləcək

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 130 dollardan baha satılır VİDEO

Nazir: Azərbaycan idmana böyük maraq göstərir

Üzgüçülük Federasiyasının baş katibi: Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi sevindiricidir

Milli Məclisin deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət ediblər

Bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 966 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri-infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Dünya birjalarında neftin qiyməti artıb VİDEO

Psixi sağlamlıq və insan hüquqları: Ombudsmanın əsas çağırışları - MÜSAHİBƏ

Naxçıvanda ilk dəfə Gənclərin Süni İntellekt Forumu keçirilib

Lənkəranın bir sıra kəndlərinə dolu düşüb

Bu gün Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı qeyd olunur

Görkəmli şərqşünas-alim Aida İmanquliyevanın elmi irsində Azərbaycan-ərəb ədəbi əlaqələri

Azərbaycanın Mərkəzi Asiya Dövlətləri ilə yaxın münasibəti ikitərəfli əlaqələri daha da gücləndirir - ŞƏRH

Bu ay Hörmüz boğazı yaxınlığında 10-dan çox gəmiyə hücum edilib

Zenfira Şıxəlibəyli: Aida xanım bizdə elmi diskussiyalar aparmaq bacarığı formalaşdırırdı

Bu gün Mingəçevirdə həndbol üzrə Avropa Kubokunun oyunu keçiriləcək

Çin SatNet internet peyklərini orbitə çıxardı

Kənd təsərrüfatı naziri Çində səfərdədir

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib VİDEO

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb VİDEO

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib