REGİONLAR
“Hədəf” tir atıcılığı üzrə turnirin qalibləri mükafatlandırılıb
Sumqayıt, 11 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərin müxtəlif gənclər təşkilatlarını təmsil edən könüllülərdən ibarət komandalar arasında “Hədəf” tir atıcılığı üzrə turnir keçirilib. Yarışın məqsədi şanlı Zəfər tariximizin geniş təbliği, gənclərin çağırışaqədər hərbi hazırlıq səviyyəsinin yüksəldilməsi, vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi və asudə vaxtlarının səmərəli təşkilidir.
İdarədən AZƏRTAC-a bildirilib ki, 9 komandanın təmsil olunduğu yarışın yekun nəticəsinə əsasən, I yeri Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzinin “Şahinlər”, II və III yerləri isə müvafiq olaraq 15 nömrəli tam orta məktəbin “Qalib əsgər” və “Snayper” komandaları tutublar.
Qalib komandalar Baş İdarənin fəxri fərmanı, medal və hədiyyələri ilə təltif edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]