“HƏR KƏS BİR AĞAC ƏKSİN!”
AZƏRTAC xəbər verir ki, Biləsuvar Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Hər kəs bir ağac əksin!” devizi altında yaşıllaşdırma aksiyası keçirilmişdir. İdarəetmə qurumu əməkdaşları nümunə göstərərək, şəhərin mərkəzi küçələrindən birində küknar tingi əkmişlər. Təşəbbüsə minlərlə sakin qoşulmuş, qısa müddətdə 5 mindən çox dekorativ ağac və meyvə ağacı tingi əkilmiş, Bakı-Astara magistralı boyu 4 hektarlıq yaşıllıq zolağı salınmışdır.
Rayon icra hakimiyyətindən bildirilmişdir ki, respublikanın tinglik təsərrüfatlarından rayona əlavə 4 min dekorativ ağac tingi və 2 min qızılgül kolu gətirilmişdir.
Yaşıllaşdırma aksiyası davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]