İQTİSADİYYAT
Hesablama Palatasının növbəti kollegiya iclası keçirilmişdir
Bakı, 29 noyabr (AZƏRTAC). Hesablama Palatasının növbəti kollegiya iclası keçirilmişdir.
Palatadan AZƏRTAC-a bildirmişlər ki, iclasda Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin gəlirlərinin və xərclərinin proqnozlaşdırılması və icrasına və dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üzrə Nəqliyyat Nazirliyinin “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin İsmayıllı-Lahıc avtomobil yolunun və Zaqatala şəhəri ərazisində Tala çayı üzərində körpünün tikintisinə, İmişli, Salyan Yol İstismar idarələrinə ayrılan vəsaitlərin istifadəsinə dair auditlərin nəticələri barədə hesabat və rəylər müzakirə olunmuş, təsdiq edilmişdir. Qəbul olunmuş qərarlar barədə Milli Məclisə məlumatın verilməsi qərara alınmışdır.
İclasda, həmçinin Xaçmaz və İmişli rayon icra hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil-kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi və dövlət əsaslı vəsait qoyuluşu üzrə Memarlıq və İnşaat Universitetinə və onun nəzdində fəaliyyət göstərən İnşaat Kollecinə ayrılan büdcə və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadə olunmasına, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən “Təhsil” bölməsi üzrə Texnologiya Universitetinə ayrılan büdcə vəsaitlərinin və büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadə olunmasına, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aparatının saxlanılmasına ayrılan vəsaitlərdən və “Pensiya və sosial təminat layihəsi” üzrə Dünya Bankından hökumət zəmanəti ilə cəlb edilən kreditdən istifadəyə, dövlət əsaslı vəsait qoyuluşundan Bakı Metropoliteni üzrə “Azadlıq prospekti” stansiyasının tikintisinə və avadanlığın alınmasına ayrılan vəsaitlərdən və “Azərtunelmetrotikinti” ASC üzrə əmlakdan və tikinti materiallarından mövcud normativlərə uyğun istifadə olunmasına dair Audit Proqramları təsdiq edilmişdir.