İQTİSADİYYAT
Hesablama Palatasının Təlim Mərkəzi ilə “Deloitte” Akademiyası arasında birgə təlimlər təşkil olunub
Bakı, 17 mart, AZƏRTAC
Yüksək rəqabətli müasir dövrdə böyük nailiyyətlərin əldə edilməsi yalnız bilik və təcrübənin mütəmadi yenilənməsi və genişlənməsi ilə mümkündür. Bu məqsədlə Azərbaycan Respublikası Hesablama Palatasında effektiv təlimlərin təşkili üçün “Böyük Dördlük”lərdən biri olan “Deloitte” Azərbaycan şirkətinin “Deloitte” Akademiyası ilə birgə təcrübə mübadiləsini formalaşdırmaq məqsədilə martın 17-də “Maliyyə hesabatlarının təhlili” mövzusu üzrə görüş keçirilib.
Palatadan AZƏRTAC-a bildirilib ki, görüşdə maliyyə hesabatlarının təhlili, maliyyə hesabatlarının tamlığı və etibarlığının qiymətləndirilməsi və digər mövzular üzrə müzakirələr aparılıb. Hesablama Palatasında çalışan işçilərin bilik və bacarıqlarının, peşə hazırlıqlarının artırılması, kadr potensialının yüksəldilməsi məqsədilə səmərəli və faydalı təlimlərin təşkilinin davam etdirilməsi planlaşdırılır.