Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılmışdır
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirdə iştirak etmişdir

Bakı, 30 may (AZƏRTAC, Gözəl Ağayeva). Mayın 30-da Heydər Əliyev Fondunun dəstəyi ilə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda ənənəvi “Qala festivalı” və III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılmışdır.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak etmişlər.

Azərbaycanın tarixi irsinə həssaslıqla yanaşan Heydər Əliyev Fondu maddi-mədəniyyət abidələrimizin qorunması üçün ciddi addımlar atır. Fondun prezidenti, Xəzər rayonundan Milli Məclisin deputatı Mehriban Əliyevanın təşəbbüsü ilə respublikamızda ən qədim insan məskənlərindən sayılan Qala qəsəbəsində də silsilə tədbirlər həyata keçirilir.

“Qala festivalı” da Heydər Əliyev Fondunun dəstəyi ilə xalqımızın zəngin tarixi keçmişini, qədim və mükəmməl məişət ənənələrini yaşatmaq, gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədini daşıyır. Beş min il tarixi olan qəsəbədə 3-cü minillikdən başlayaraq XX əsrədək yerli tarixi, mədəni abidələr, arxeoloji tapıntılar mövcuddur.

Festivala qatılan tamaşaçılar Abşeronda ən qədim insan məskənlərindən biri hesab olunan Qalada tarixi keçmişə səyahət və tarixi sirlərinin daşıyıcısı olan - Qalanın özünəməxsusluğu haqqında məlumat əldə etmək imkanı qazanmışlar.

“Qala festivalı”nda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva nəvələri ilə, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.

Festival çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) təşkilatçılığının, IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Gallery” incəsənət qalereyasının birgə dəstəyi ilə III Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılmışdır.

Sərgidə Azərbaycan ilə yanaşı, ABŞ, Avstraliya, Böyük Britaniya, Niderland, İspaniya, Türkiyə, Çexiya, Kuba, Kolumbiya və Yaponiyadan olan sənətkarların da əl işləri təqdim edilmişdir.

Sərginin əsas məqsədi əhaliyə ətraf mühiti təmiz saxlamağın vacibliyini aşılamaq, planetin ekoloji sağlamlığına qayğı ilə yanaşmanı təbliğ etmək, insanları israfçılıqdan yayındırmaq və onları lazımsız saydıqları əşyaları düşünmədən zibil qutularına atmaq vərdişlərindən çəkindirməkdir.

Layihədə iştirak edən sənətkarlar istifadəyə yararsız hesab olunan kağız, avtomobil hissələri, şüşə, metal qırıntıları və digər tullantılara ikinci həyat verməklə “lazımsız əşyalar toplusu”ndan hətta incəsənət əsərləri də düzəltməyin mümkün olduğunu bir daha nümayiş etdirirlər.

Artıq 3-cü dəfə keçirilən bu beynəlxalq tədbirin Qala qəsəbəsində təşkili isə təsadüfi deyildir. 2010-cu ildən etibarən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Təmiz Şəhər” ASC Qala qəsəbəsində tullantıların idarə olunması sisteminin müasir standartlara uyğun qurulması üzrə “Təmiz Qala” pilot layihəsini həyata keçirir.

Layihənin məqsədi Qala qəsəbəsində tullantıların toplanaraq çeşidlənməsi, daşınması və təkrar emalını müasir şəkildə təşkil etməkdir. Buna uyğun olaraq, tullantıların vaxtında toplanması və daşınması ilə yanaşı, onların əhali tərəfindən üzvi və qeyri-üzvi tullantılar üzrə çeşidlənməsi üçün Qala qəsəbəsində müxtəlif konteynerlər quraşdırılmışdır.

Gündəlik fəaliyyətində sosial, ətraf mühit, mədəniyyət və incəsənət məsələlərinə böyük diqqət ayıran Azərbaycanın birinci xanımı Mehriban Əliyeva sərgilənən işlərlə yaxından tanış olmuş, rəssamlarla fikir mübadiləsi aparmış və sərginin işinə uğurlar arzulamışdır.

Festivalda növbəti dayanacaq “Ekosfera” Sosial-Ekoloji Mərkəzi olmuşdur. Burada bu təşkilatın fəaliyyəti ilə yaxından tanış olmaq mümkündür.

“Ekosfera” təşkilatı Azərbaycanda ilk dəfə olaraq uşaq və gənclər üçün interaktiv təlim, ekoloji-mədəni proqramlar işləyib hazırlamışdır. Təşkilatın reallaşdırdığı turlarda uşaq və gənclər təbiət qoynunda kənd həyatı keçirir, milli mənəvi dəyərlərimiz, tətbiqi incəsənət növləri, xalq mahnıları və rəqslər, yerli adət-ənənələrlə tanış olur, ənənəvi kənd işlərində, milli bayram və festivallarda iştirak edir, ekodüşərgələrdə yaşayırlar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva əsl bayrama çevrilən bu festivalda mərkəzin fəaliyyətinə cəlb edilən uşaqlarla söhbət etmiş, onların gördükləri işlərlə maraqlanmış, ətraf mühitin qorunması sahəsində biliklərin artırılmasının vacibliyini vurğulamışlar.

Festival 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində keçirilmiş və əsl xalq gəzintisinə çevrilmişdir. Burada uşaqlar xüsusi qatarlarda qədim ərazini gəzmiş, at meydançasında olmuş, oyun meydançasında kəndirbazlara tamaşa etmiş, müxtəlif oyunlarda ya iştirak etmiş, ya da həmin oyunların tamaşaçıları olmuşlar. Bu qədim məskənin hər guşəsi festival zamanı bir məqsədə - uşaqları əyləndirməyə, Azərbaycanın zəngin tarixi, mədəniyyəti və adət-ənənələri haqqında biliklərini onların anladığı dildə - oyun və səhnələşdirilmiş tamaşalar vasitəsilə məlumatlandırmağa xidmət etmişdir.

“Qala festivalı” daha bir əlamətdar hadisə ilə yadda qalmışdır. Burada ceyranlar və Qız qalası güşəsində uşaqlar ceyran və Qız qalasının maketlərini öz fantaziyalarına uyğun rəngləmək imkanı qazanmışlar.

Qeyd edək ki, hər il Bakıda “Qız qalası” Beynəlxalq incəsənət festivalı keçirilir. Həmin festivala müxtəlif ölkələrdən təşrif buyuran rəssamlar məhz Qız qalası və ceyranlar maketləri üzərində işləyərək əsərlər yaradırlar. “Qala festivalı”nda isə uşaqlara özlərini “Qız qalası” festivalının iştirakçıları kimi hiss etmək şansı verilmişdir.

İDEA İctimai Birliyinin guşəsində Leyla Əliyevanın rəhbərlik etdiyi bu qurumun ölkəmizin ətraf mühitə qayğı və ekoloji maarifləndirmə sahəsində bir çox yerli və beynəlxalq təşəbbüslərə imza atması, gənclərin dayanıqlı inkişafı üzrə qlobal hərəkata fəal qoşulması üçün platforma rolunu oynaması ilə bağlı müxtəlif materiallar yer almışdır.

Uşaqlar üçün cəlbedici güşələrdən biri də nağıllar düşərgəsi olmuşdur. Qala qəsrində yerləşən bu güşə nağıllar aləmini xatırlatmış və bir anlıq uşaqlara özlərini sevdikləri nağılların qəhrəmanları kimi hiss etmək imkanı vermişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva bayram ab-havası ilə yadda qalan festivalda qurulan müxtəlif çadırlarla da tanış olmuşlar.

Burada paytaxtın Qaradağ, Xəzər, Nərimanov, Suraxanı rayonları ümumtəhsil məktəblərinin və 1,2 və 3 nömrəli uşaq evlərinin çadırları təqdim edilmişdir. Həmin çadırlarda uşaqların əl işləri sərgilənir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva uşaqlarla görüşüb səmimi söhbət etmiş, bu tədbirin qədim adət-ənənələrini, ölkəmizin milli mənəvi dəyərlərinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulamış, onlarla birgə xatirə şəkilləri çəkdimiş, əl işlərinin hazırlanması prosesi ilə maraqlanmışdır.

Uşaqlar da Azərbaycanın birinci xanımının suallarına həvəslə cavab verərək, daim onların qayğısını çəkən Heydər Əliyev Fondunun prezidentinə öz əlləri ilə hazırladıqları xatirə hədiyyələrini təqdim etmişlər.

Qala Arxeololji Etnoqrafik Muzey Kompleksinin ərazisində davam edən festivala Rusiya Federasiyasının Həştərxan vilayəti, Pakistan, Bosniya və Herseqovinadan olan qonaqlar da dəvət olunmuşlar. Bu uşaqlar həmin ölkələrdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş məktəblərdə təhsil alırlar.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva qonaqlarla görüşmuş, onları Bakıda görməkdən məmnunluğunu bildirmiş, xatirə şəkli çəkdirmişdir.

Qonaqlar da Fondun gördüyü işləri yüksək qiymətləndirdiklərini vurğulamışlar.

“Qala festivalı”nda dulusçuluq, dəmirçilik ənənələrini sərgiləyən sənətkarların əl işlərinə tamaşa etmək, iş prosesini izləmək və onun iştirakçısı olmaq mümkün olmuşdur.

Burada Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva incə bəzək prosesini də izləmişdir.

Festivalın daha bir guşəsi-rəsm sərgisi olmuşdur. Festivalın məqsədlərindən biri də bu tədbirə qatılan uşaqlara öz bacarıqlarını nümayiş etdirmək imkanı yaratmaqdır. Onlar burada uşaq dünyagörünüşünə uyğun maraqlı əsərlər yaratmağa çalışmışlar.

Azərbaycanın birinci xanımı da onlara öz bacarıqlarını nümayiş etdirmək üçün kömək etmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva onları gülərüzlə və səmimiyyətlə qarşılayan uşaqların əl işlərinin maraqlı olduğunu bildirmiş və bu gənc peşəkarlara uğurlar arzulamışlar.

2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan açıq səma altında ilk Arxeoloji Etnoqrafik Muzey Kompleksinin tacir evində isə milli musiqimiz səslənmiş, təndir çörəyi bişirilmiş, qonaqlar çaya dəvət olunmuşlar. Buradakı musiqi meydançasında Qədim Musiqi Alətləri Ansamblının ifası festivalı daha da rəngarəng etmişdir.

Muzey Kompleksinin ərazisində müxtəlif nemətlərin təqdim edildiyi bazar da təşkil olunmuşdur. Tamaşaçılar tarixi abidələr, adətlərlə tanış olmaqla yanaşı, Azərbaycanın şirniyyatları və təbii nemətlərini də dadmışlar. Festival günündə tərəvəz, gül, ədviyyat bazarını gəzmək, milli mətbəximizin yeməklərinin dadına baxmaq mümkün olmuşdur. Bu güşə həm də Azərbaycan mətbəxinin zənginliyini nümayiş etdirmişdir.

Maraqlı güşələrdən biri də nalbənd emalatxanasıdır.

Festivalda uşaqlar üçün müasir musiqidən ibarət rəqs meydançası da qurulmuşdur. Bir sözlə, “Qala festivalı” gələcəyimiz olan uşaqlar üçün yaddaqalan bir bayram əhval-ruhiyyəsi yaratmışdır. Onlar Heydər Əliyev Fondunun təşkil etdiyi bu festivalda əylənmiş, müxtəlif oyunlara qoşulmuş, rəqs bacarıqlarını göstərmiş, mahnılar ifa etmişlər.

Bu festival bir daha Heydər Əliyev Fondunun yeni nəslin fiziki, intellektual, mənəvi sağlamlığına diqqət yetirməsinin əyani sübutu olmuşdur. Uşaqlar bu festivalda iştirak etmələrinə yaradılan imkana görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.

Festivalda respublika üzrə orta ümumtəhsil və internat məktəblərindən, uşaq evlərindən, qaçqın və məcburi köçkün ailələrindən 3000-dək uşaq iştirak etmişdir.

Bu tədbir 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü ərəfəsində Heydər Əliyev Fondunun uşaqlara növbəti hədiyyəsi olmuşdur.

İyunun 3-dək davam edəcək III Beynəlxalq “Tullantıdan sənətə” sərgisini izləmək istəyən hər kəsin iştirakını təmin etmək məqsədilə İçərişəhərdən - Qoşa qala qapısının önündən saat 12:00 və 15:00-da olmaqla gündə iki dəfə pulsuz avtobus turları təşkil olunacaqdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO

Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib

Bilyardın “Pool-9” növü üzrə Azərbaycan çempionatı keçiriləcək

“Tamstore” marketlər şəbəkəsi “Bu qiymətlər bir daha olmayacaq” kampaniyasına start verib

“Sən elə bir zirvəsən!” tamaşası yenidən Akademik Musiqili Teatrın səhnəsində

® “Caspian Energy Forum Izmir 2024” oktyabr ayında keçiriləcək

“The Standard”: COP29-a ev sahibliyi etməyə hazırlaşan Azərbaycan tarixi anın astanasındadır

İsmail Serageldin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib

Dövlət Komitəsi daha bir beynəlxalq mükafata layiq görülüb VİDEO

İsmail Serageldinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı konsert təqdim olunub

Nərimanov rayonunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər

Talassemiya daşıyıcı olan ana öz övladını südlə qidalandıra bilər