Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

HEYDƏR ƏLİYEV FONDUNUN PREZİDENTİ,YUNESKO-NUN XOŞMƏRAMLI SƏFİRİ MEHRİBAN ƏLİYEVAYA “YAQUT XAÇ” ORDENİ TƏQDİM EDİLMİŞDİR

AZƏRTAC xəbər verir ki, oktyabrın 13-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya “Yüzilliyin mesenatı” Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeninin təqdim edilməsi mərasimi olmuşdur.

Mərasimi Bakı Slavyan Universitetinin rektoru, professor Kamal Abdullayev açaraq dedi ki, bu gün respublikanın həyatında əlamətdar hadisədir – YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya Beynəlxalq Xeyriyyə Fondunun “Yaqut xaç” ordeni təqdim olunur. Biz onu ürəkdən təbrik edirik.

Mehriban xanımın xeyriyyəçilik fəaliyyətindən bəhs edən natiq bildirdi ki, bu fəaliyyətin xüsusi bir cəhəti var və onu bir kəlmə ilə nəciblik adlandırmaq olar. Onun gördüyü bütün işlər, ölkəmizin müxtəlif guşələrində ayrı-ayrı adamlarla keçirdiyi görüşlər məhz bu sözlə ifadə edilir. Bütün bu işləri Mehriban xanım təbiətən ona xas olan çox böyük nəcibliklə görür. Düşünürəm ki, bu da təsadüfi deyildir, çünki onun dahi azərbaycanlı, unudulmaz Prezidentimiz Heydər Əlirza oğlu Əliyevin yanında necə böyük, məzmunlu, kamil, gözəlliyinə görə möcüzəli bir məktəb keçdiyini hamımız bilirik. Bu həyat məktəbi Mehriban xanıma indi də kömək edir.

Bu gün bütün dünyada xeyriyyəçiliklə çoxları məşğul olur. Lakin ziyalılarımızın, cəmiyyətimizin müxtəlif təbəqələrinin nümayəndələri Mehriban xanım Əliyevanın nəinki bu gün gördüyü işlərə, həm də bu işləri necə gördüyünə heyrandırlar. Bu mənəvi ülviliyin ikitərəfli əlaqəsi var. Zənnimcə, Mehriban xanımın özü də mənən ucalır və çalışır ki, diqqət və qayğının yönəldildiyi və bu fəaliyyətin, missiyanın ünvanlandığı insanlar da mənən zənginləşsin, ucalsınlar. Mehriban xanım Əliyevanın bu gün Azərbaycanda fəaliyyətini fərqləndirən böyük mənəvi qovuşma baş verir. Bu, təkcə Azərbaycanda deyil, onun olduğu hər bir yerdə də müşahidə olunur.

Mən XX əsrin görkəmli Amerika yazıçısı O”Henrinin gözəl sözlərini xatırlayıram. O demişdir: “Biz o insanlara minnətdar olmalıyıq ki, onlara kömək göstərməyimizə imkan verirlər”. Məhz belə münasibət - təkcə nə isə verən tərəfin deyil, həm də onu qəbul edən tərəfin bu prosesin subyekti olduğu münasibət, belə qarşılıqlı mənəvi zənginləşmə Mehriban xanımın həmin istiqamətdə fəaliyyətini səciyyələndirir.

Daha sonra natiq Azərbaycan ziyalıları adından, yaradıcı ziyalıların nümayəndələri adından Mehriban Əliyevaya şəxsi xoşbəxtlik, millətin rifahı naminə çoxşaxəli fəaliyyətində, xeyriyyəçilik işində böyük uğurlar arzuladı.

Sonra Milli Məclisin deputatı, Azərbaycanın Rus icmasının sədri MİXAİL ZABELİN çıxış edərək, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın səmərəli xeyriyyəçilik fəaliyyətindən danışdı, bunun Azərbaycan xalqı tərəfindən dəstəkləndiyini bildirdi. O, Fondun Prezidentinin xeyriyyəçiliyini Rus icmasının da öz üzərində hiss etdiyinə dair misal çəkdi: icmanın nəzdində fəaliyyət göstərən uşaq düşərgəsinə Mehriban xanımın adından televizor, müxtəlif hədiyyələr verilmişdir. Bunları mərasimi əsil bayrama çevirən onun qızı Leyla təqdim etmişdir. Özü də bu, tamamilə gözlənilməz olmuşdur, çünki Fonda heç bir müraciət edilməmişdi. Bütün bunlar həssas və gövrək uşaq qəlbində öz əksini tapmışdır.

Mixail Zabelin uşaq evlərinin tikintisi və abadlaşdırılması, mədəniyyət sahəsində böyük hümanist missiyaya görə Fondun prezidentinə təşəkkür etdi. Bildirdi ki, Azərbaycanın Rus icması, digər ictimai təşkilatlar Heydər Əliyev Fondu prezidentinin məhz xeyriyyəçilik xidmətlərini yüksək qiymətləndirərək, Rusiyanın Bakıdakı səfirliyinin dəstəyi ilə Mehriban xanım Əliyevanı “Yaqut xaç” ordeninə təqdim etmişlər.

“Yüzilliyin mesenatı” Beynəlxalq Xeyriyyə Fondu idarə heyətinin üzvü, Rusiyanın əməkdar artisti ANGELİNA VOVK çıxışında vurğuladı ki, humanizm və başqasının dərdinə şərik olmaq bütün dövrlərdə insan cəmiyyətində üstünlük verilən əbədi dəyərlərdir. Zəmanəmizin böyük şəxsiyyəti Heydər Əliyev öz ölkəsinə, insanlara, xeyirxahlıq və haqq-ədalət amallarına xidmət etməklə belə təmənnasız, fədəkar həyat nümunəsi göstərmişdir. A.Vovk Heydər Əliyevin qızı Sevil Əliyevanın yenicə oxuduğu müsahibəsi barədə təəssüratını bölüşərək dedi ki, Sevil xanım bu gözəl insanın həyatının bir çox səhifələrini açmışdır.

Angelina Vovk Rusiya Prezidentinin İşlər İdarəsinin, Federasiya Şurasının, Dövlət Dumasının, Moskva hökumətinin və bir sıra başqa rəsmi orqanların dəstəyi ilə yaradılan “Yüzilliyin mesenatı” Beynəlxalq Xeyriyyə Fondunun məqsəd və vəzifələrindən danışaraq bildirdi ki, digər görkəmli müasirlərin adları ilə birlikdə, Mehriban Əliyevanın adı da bütün zəmanələrin ən böyük xeyriyyəçiləri və mesenatlarının siyahısına qızıl hərflərlə yazılacaqdır. Xüsusi memorialın təməlinin qoyulması mərasimi oktyabrın 15-də Moskvada olacaqdır.

Angelina Vovk dedi ki, Mehriban Əliyeva özünün təşkilatçılıq məharəti sayəsində bir sıra humanitar proqramlar – Azərbaycanı beynəlxalq aləmdə sülhə, yaradıcı inkişafa və digər ölkələrlə əməkdaşlığa çalışan dövlət kimi tanıdan proqramlar həyata keçirir. Onun misilsiz fəaliyyəti Azərbaycan xalqının çox zəngin mədəni ənənələrinin qorunub saxlanılmasına, əhalinin sosial cəhətdən ən zəif təbəqələrinin – qaçqınların, məcburi köçkünlərin, aztəminatlı ailələrdən olan uşaqların, yetimlərin həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Onun başçılıq etdiyi və Azərbaycan xalqının əfsanəvi ümummilli lideri Heydər Əliyevin adını daşıyan Fond bir çox sosial əhəmiyyətli layihələr həyata keçirir. Onların arasında “Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat uğrunda” proqramı xüsusi qeyd edilmişdir.

Bildirildi ki, Mehriban Əliyeva “Yaqut xaç” ordeni ilə təltif olunanlar arasında yeganə qadındır.

Rus Soydaşlar Beynəlxalq Şurasının idarə heyətinin sədri, “Yüzilliyin mesenatı” Beynəlxalq Fondunun idarə heyətinin üzvü qraf PYOTR ŞEREMETYEV “Yaqut xaç” ordenini Heydər Əliyev Fondunun prezidentinə təqdim edərək bildirdi ki, Mehriban Əliyevanın fəaliyyəti yüksək insani özünüdərkə, alicənablığa, niyyətlərin paklığına nümunədir. O, əmin olduğunu söylədi ki, Mehriban Əliyevanın səyləri Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edəcəkdir.

Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hindistanda avtobusla yük maşınının toqquşması nəticəsində 7 nəfər ölüb

Türkiyə liseylərinin tələbələri türk dövlətlərinin yaxınlaşma yollarını müzakirə ediblər

QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır

Burkina Faso hökuməti: “Human Rights Watch” öz hesabatı ilə ölkənin imicini ləkələmək istəyir

Azərbaycanın həvəskar xokkey komandası Rusiya təmsilçisinə qalib gəlib

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib

“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib

İrpendə “Azərbaycan Günü” keçirilib

Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib

AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstanın internet televiziyasında çıxış edib

Çində tornado baş verib, ölənlər var

Sədərək rayonu ərazisində sursat partlayışı nəticəsində 2 nəfər həlak olub

Şirvanda kəsici-deşici alətlərin satıldığı obyektlər müəyyən edilib

Tailandın xarici işlər naziri hökumətdəki dəyişikliklərdən sonra istefa verib

Şahdilidə ekoturizm yarışması

Gürcüstan Parlamentinin sədri ABŞ senatorlarını sərt tənqid edib

Bu gün ali təhsil müəssisələrinin magistraturalarına II cəhd qəbul imtahanı keçirilib

On doqquzuncu İstanbul yarımmarafonunun qalibləri müəyyənləşib

“Şərq-Qərb” avtomagistralının Gürcüstandan keçən Şorapani-Arqveta hissəsi istifadəyə verilib

Türkiyə-Yunanıstan sərhədində 811 metrlik körpü inşa ediləcək

Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Abşeron rayonunda vətəndaş ona hədiyyə edilən sənədləri olmayan ov tüfəngini könüllü polisə təhvil verib

Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb

Nijni Novqorodda Azərbaycan məhsullarının təqdimatı keçirilib VİDEO

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir

Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib

Cəlilabadda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının satıldığı üç mağaza aşkarlanıb

ADPU-da “Təhsildə psixoloji xidmətin aktual problemləri” mövzusunda birinci Respublika Forumu keçirilib

Laçın və İrpen şəhərləri qardaşlaşacaq

“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir!

“Avroviziya 2024" mahnı müsabiqəsində səslənəcək “Özünlə apar” mahnısına çəkilmiş klip təqdim edilib VİDEO

Müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə vakansiya seçimi mərhələsi yekunlaşır

Böyük Britaniyanın Azərbaycandakı səfiri Naxçıvanla bağlı paylaşım edib

Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb

Zəngilanda silah-sursat aşkar edilib

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib VİDEO

Yevlaxda avtoxuliqanlıq edən şəxs saxlanılıb

“Bulaq” verilişinin əvəzsiz aparıcısı

Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib VİDEO

Rusiyada zəlzələ baş verib

Bu gün yazıçı Qılman İlkinin anadan olmasının 110 ili tamam olur

Magistraturaya II cəhd qəbul imtahanı keçirilir

Qlobal istiləşmə sualtı qayıqların aşkar edilməsini çətinləşdirir

Marseldə Olimpiya məşəlinin qarşılanması mərasiminə 6 min polis cəlb olunacaq

“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb

Britaniyada deputat başqa partiyaya keçib

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib

Gənc Tamaşaçılar Teatrının səhnəsində “Ana” tamaşası nümayiş olunub

Süni intellekt qədim yunan filosofunun dəfn olunduğu yeri tapıb

Alimlər Parkinson xəstəliyinin genetik səbəbini aşkarlayıblar

Avropa Kosmik Agentliyi: Mövsüm dəyişikliyi zamanı Marsın səthini hörümçəyi xatırladan ləkələr örtür

Alimlər qədim nəhəng qızılbalıqların köpək dişləri olduğunu aşkar ediblər

İstanbul derbisi: “Fənərbağça” doğma meydanda “Beşiktaş”a qalib gəlib

Ankarada keçirilən forumda Qərbi Azərbaycanın tarixi irsi müzakirə olunacaq

“Rəqsin ürəyi Şəkidə döyünür” adlı konsert proqramı təqdim olunub

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Moskvada Qara Qarayev adına beynəlxalq müsabiqənin laureatlarının qala-konserti keçirilib

“Şuşanın musiqi mədəniyyəti: tarix və inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Moskva Dövlət Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib

Premyer Liqa: "Sabah" doğma meydanda "Səbail"ə qalib gəlib

Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub

Sumqayıtda kanalda batan uşağın cəsədi tapılıb

Tovuzda üç nəfərin ağır xəsarət alması ilə nəticələnən qəza baş verib VİDEO

Abşeron rayonunda ağır cinayətin üstü isti izlər əsasında açılıb

“Təbiət konsepsiyası və onun ədəbiyyat və musiqidə inikası” mövzusunda elmi-praktik konfrans keçirilib

"Ocaq Sport" Klubunun yeni zalının açılışı olub VİDEO

Pakistanın hərbi təhsil üzrə nümayəndələrinə Azərbaycan Ordusundakı islahatlar barədə məlumat verilib

® "Nar"dan sərfəli smartfon təklifi

ARDNF-nin ən böyük texnologiya şirkətlərinə olan investisiyasının həcmi 1,7 milyard dolları ötüb - EKSKLÜZİV

İmişli-Biləsuvar yolunda avtomobil aşıb, ölənlər və yaralılar var

Azərbaycan taekvondoçusu Estoniyada keçirilən turnirdə gümüş medal qazanıb

Baş direktor: COP29-un Azərbaycanda keçirilməsi ölkənin bərpaolunan enerji mənbələrinə keçiddə potensialını göstərir

Birinci siniflərə qəbulla bağlı 326 alternativ qeydiyyat mərkəzi yaradılıb

Zirvələrə yüksələn zərif insan ömrü

Zaman Qarayevin “Xarqo” romanında multikultural dəyərlər

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan vətəndaş xilas edilib

Kür çayının Şirvan məntəqəsində suyun səviyyəsi 10 santimetr azalıb

Kubadakı nağd pul çatışmazlığı inflyasiya böhranını daha da artırır

Premyer Liqa: “Liverpul” çempionluq yolunda vacib xal itirib

Azərbaycan-Almaniya əlaqələri yüksələn xətlə inkişaf edir ŞƏRH

Avropa çempionatı: Azərbaycanın bir cüdoçusu finalda, ikisi bürünc medal qazana bilər

Ticarət və Xidmət üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Baş Dövlət Yol Polis İdarəsi sürücülərə müraciət edib

Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək

Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib

FHN-in komandası Ulu Öndərin xatirəsinə həsr olunan minifutbol turnirində finala çıxıb

Azərbaycanın Türk dünyası, o cümlədən Qırğızıstanla əməkdaşlığının perspektivləri ŞƏRH

İrəvanda milli maarifçilik mühitinin inkişafında azərbaycanlı ziyalıların rolu - Araşdırma

“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib

Azərbaycan Basketbol Liqası: “Gəncə” müntəzəm mövsümü beş qələbə ilə bitirib

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblar

Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm

Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib

Tanınmış basketbol hakimi hava limanında ətir oğurlayarkən saxlanılıb

Yazıçı Eyvaz Zeynalovun “Nadir şah” romanı nəşr olunub