Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Heydər Əliyev Mərkəzinin Əsasnaməsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Heydər Əliyev Mərkəzinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Heydər Əliyev Mərkəzinin Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Heydər Əliyev Mərkəzinin aparatının işçilərinin say həddi 154 ştat vahidi müəyyən edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. cari ilin sonuna kimi Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə bağlı tələb olunan vəsaitin ayrılmasını müvafiq qaydada təmin etsin;

3.2. 2013-cü il və növbəti illər üçün Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsində Heydər Əliyev Mərkəzinin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrıca sətirlə müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin;

3.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 oktyabr tarixli 161 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, №10, maddə 774) ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 8 oktyabr 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin