Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Heydər Əliyevin elmi irsi (nəzəriyyə və təcrübə)” ikicildliyi ulu öndərin 90 illik yubileyinə layiqli töhfədir

Bakı, 2 aprel (AZƏRTAC). Tarixən dünyasını dəyişən hər bir insan barədə iki suala cavab axtarılıb. Birinci: “Bu dünyada nə qoyub getdi?”, ikinci: “Axirət dünyasına nə gətirdi?”

Birinci sual yaşanan dünyada qalan insanlar, ilk növbədə onun qohum-əqrəbası, dost-tanışları və digər maraqlı insanlar, bir-birini əvəz edən nəsillərin nümayəndələri, tarixçilər, siyasətçilər, müxtəlif elm adamları tərəfindən verilir. İkinci sualı isə axirət dünyasını tənzimləyən mələklər verir. Suallara axtarılan cavablar əsasında həmin şəxs barədə fikir formalaşdırılır, tarixə salınır. Araşdırma metodlarının düzgün seçilməsindən, tədqiqatçıların səriştəsindən, obyektivliyindən və digər amillərdən asılı olaraq, eyni insan haqqında qiymətlər müxtəlif cür ola bilər...

Yuxarıda deyilən həqiqətləri ona görə xatırladırıq ki, haqqında fundamental elmi əsər ortaya qoymaq niyyəti ilə tarixi şəxsiyyət, böyük siyasi xadim - Heydər Əlirza oğlu Əliyevin bu dünyada nələr qoyub getdiyini, axirət dünyasına nələr apardığını, əbədi yaşayacaq elmi zənginlikləri elmi gücüm və dərrakəm səviyyəsində sistemə salım, onları tam obyektiv, zərrə qədər şişirtməyə və ya qərəzli yanaşmaya yol vermədən qiymətləndirim, müasirlərimə və bizdən sonra gələn nəsillərə son dərəcə dəyərli, hamı üçün örnək və istinad mənbəyi olan elmi əsər təqdim edim.

Heydər Əliyev, sözün həqiqi mənasında, böyük tarixi şəxsiyyət olmaqla yanaşı, yüksək səviyyəli dövlət başçısı, insansevər, iti zəkalı, zəngin iqtisadi-sosial, siyasi-mədəni, elmi fikir mühərriki idi. Düşüncəsi, sözü və əməli bir-birini tamamlayan, qərəzsiz, uzaqgörən, dünya hadisələrinin gedişini, cəmiyyət həyatının inkişaf istiqamətlərini öncədən görən, peşəsi daim xalq üçün qurub-yaratmaqdan ibarət olan, həqiqətsevər, dünyagörmüş bir şəxsiyyət idi. Bu səbəbdən də Heydər Əliyev mövzusunda dəyərli həqiqəti olduğu kimi əks etdirməyi yalnız o şəxslər bacarar ki, onun həyat-yaradıcılığını, fəaliyyətini yaxşı bilsin. Zahiri və sistemsiz müşahidələr, yaxud “...deyirlər...”, yəni başqalarından eşitdikləri barədə yazılar isə əlbəttə, səthi və səhv olacaq.

Heydər Əliyevin sağlığında və dünyasını dəyişəndən sonrakı vaxtlarda onun həyat-fəaliyyətinə aid çox kitablar, yüzlərlə jurnal, minlərlə qəzet məqalələri çap olunub, poemalar, şeirlər yazılıb, mahnılar bəstələnib, albomlar tərtib edilib, kinofilmlər çəkilib, əsərlər səhnələşdirilibdir. Mümkün daxilində onların bir çoxları ilə tanış olmuşam, oxumuşam, təhlil etmişəm. Heydər Əliyevlə uzun illər bir yerdə çalışmış insanlarla fikir mübadilələri aparmışam, onların xatirələrini dinləmişəm, ekran vasitələrinə, lent yazılarına dəfələrlə baxmışam. Heydər Əliyev barədə əlim çatan bütün mənbələrdən faydalanmağa çalışmışam. Onun özü ilə dəfələrlə görüşmüşəm, saatlarla müxtəlif məsələlər barədə söhbət etmişəm. Keçirdiyi kütləvi tədbirlərdə olmuşam.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, partiyanın Səbail rayon təşkilatının sədri, Beynəlxalq Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, professor Zahid Qaralovun yenicə çapdan çıxmış “Heydər Əliyevin elmi irsi (nəzəriyyə və təcrübə)” ikicildliyinin giriş hissəsindən götürülmüşdür.

Heç şübhəsiz, çağdaş dünyamızın ən nəhəng simalarından biri olan Azərbaycan xalqının ümummilli lideri, dahi siyasi və dövlət xadimi Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin indiyədək nisbətən az tədqiq edilmiş mühüm bir sahəsinə - elmi irsinin araşdırılmasına həsr olunmuş yeni ikicildlik ulu öndərin 90 illik yubileyinə ən layiqli hədiyyə kimi qiymətləndirilə bilər. Çünki real həyat hadisələrinə, dərin və bitkin faktlara əsaslanan bu kitablarda xalqımızın dahi liderinin zəngin həyat yolu, onun çoxşaxəli elmi yaradıcılığı tam dolğunluğu ilə əks olunmuşdur.

Yeni nəşrin ilk səhifəsi ümummilli lider Heydər Əliyevin layiqli siyasi varisi Azərbaycan Prezidenti İlham Əliyevin bu sözləri ilə açılır: “Biz bütün sahələrdə, bugünkü Azərbaycan reallıqlarında Heydər Əliyevin izini görürük. Güclü və möhkəm təməl, milli dəyərlər üzərində müasir dövlətin qurulması Heydər Əliyev siyasətinin əsas istiqamətlərindən biridir. Onun təşəbbüsü ilə dövlətimizin ideoloji əsasları formalaşmışdır. Azərbaycançılıq məfkurəsini cəmiyyətə təqdim edən məhz Heydər Əliyev olmuşdur. Bu gün azərbaycançılıq fəlsəfəsi bizim əsas ideoloji dayaqlarımızdan biridir”.

Kitabın 301 səhifəni əhatə edən birinci cildi ümumilikdə dörd fəsildən ibarətdir. “Heydər Əlirza oğlu Əliyevin həyat yolu barədə yığcam məlumat”, “Siyasi və mənəvi təkamül”, “Heydər Əliyevin partiya quruculuğu üzrə fəaliyyəti” və “Xüsusi ilə ümuminin vəhdəti” adlanan bu fəsillərdə ulu öndərin elmi-nəzəri və praktik irsinin inkişaf istiqamətləri tarixi mərhələlərə bölünməklə hərtərəfli araşdırılmışdır.

Dördüncü fəslin davamından başlayan və “Heydər Əliyevin dövlətçilik nəzəriyyəsi və təcrübəsi barədə” və “Ənənəvi ilə müasirliyin birliyi: inkişafın mənbəyi” adlanan beşinci və altıncı fəsilləri əhatə edən 305 səhifəlik ikinci cilddə də ümummilli liderimizin ictimai-siyasi və cəmiyyət həyatının müxtəlif aspektlərinə elmi və praktik yanaşma metodları barədə müdrik fikirləri tam dolğunluğu ilə öz əksini tapmışdır. Kitabda ulu öndərin yeniyetmələrin və gənclərin ideya-siyasi, əmək və əxlaq tərbiyəsi sahəsində həyata keçirdiyi kompleks tədbirlər, bu nəhəng şəxsiyyətin elmi irsində maddi və mənəvi dəyərlərə münasibət sistemi, onun dövlətçilik nəzəriyyəsi və təcrübəsi, Azərbaycanı inkişaf etdirmək ideyaları və onları reallaşdırmağın elmi-nəzəri əsasları, ölkəmizin davamlı inkişaf strategiyasının elmi əsasları barədə dahiyanə fikirləri, həyata keçirdiyi əsaslı islahatlar, elmə, təhsilə münasibəti və qayğısı barədə düşüncələr və digər aktual mülahizələr, hesab edirik ki, hər bir oxucu üçün son dərəcə maraqlı olacaqdır.

Müəllif bundan əvvəlki əsərlərində olduğu kimi, yeni kitablarında da əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək ümummilli liderimizin həyat və fəaliyyətinin bütün məqamlarına tədqiqatçı nəzəri ilə işıq salmağa çalışmışdır. O, belə bir qəti qənaətə gəlmişdir ki, ulu öndər Heydər Əliyevin hazırladığı, həyata tətbiq etdiyi, yüksək nəticələrə nail olduğu bütöv bir elmi irs cəmiyyətin, insan təfəkkürünün inkişaf dialektikasına, elmi-texniki və texnoloji tərəqqiyə əsaslandığından mükəmməl sistemdir, həyatidir, tərəqqi yoludur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevi həyatda yaxından tanıyan, uzun illər ərzində bu dahi şəxsiyyətlə ünsiyyətdə olmuş, onun ölməz ideyalarını özü üçün həyat amalı olaraq qəbul etmiş professor Zahid Qaralovun ulu öndərin zəngin və çoxşaxəli elmi irsinin tədqiqinə həsr edilmiş yeni ikicildliyi siyasətlə, dövlət idarəçiliyi ilə məşğul olan, cəmiyyətin inkişaf proseslərini araşdıran mütəxəssislər, məktəblilər, tələbələr, müəllimlər, Heydər Əliyevin elmi irsini öyrənən, təbliğ edən və digər sahələrdə çalışan şəxslərin istifadəsi üçün nəzərdə tutulmuşdur.

Hesab edirik ki, ikicildliyin giriş hissəsində haqqında fundamental elmi əsər ortaya qoymaq niyyəti ilə nəhəng tarixi şəxsiyyət, böyük siyasi xadim Heydər Əliyevin bu dünyada nələr qoyub getdiyini, axirət dünyasına nələr apardığını, əbədi yaşayacaq elmi zənginliklərini elmi gücü və dərrakə səviyyəsində sistemə salmağı, onları tam obyektiv, zərrə qədər şişirtməyə və ya qərəzli yanaşmaya yol vermədən qiymətləndirməyi, müasirlərinə və özündən sonra gələn nəsillərə son dərəcə dəyərli, hamı üçün örnək və istinad mənbəyi olan elmi əsər təqdim etməyi qarşısına məqsəd qoyduğunu bəyan edən müəllif nəcib məqsədinə nail olmuşdur.

Professor Zahid Qaralovun yeni ikicildliyini diqqətlə nəzərdən keçirən hər bir oxucu da bizim bu qənaətimizə şərik çıxacaqdır.

Əhməd Məmmədov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib