REGİONLAR
Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın inkişaf yolu müəyyənləşdirilib, firavan gələcək üçün zəmin yaradılıb
Şəmkir, 10 dekabr, Famil Quliyev, AZƏRTAC
Şəmkir Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti, YAP Şəmkir rayon təşkilatı və mərkəzin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının böyük oğlu, zəmanəmizin görkəmli siyasi xadimi, ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev Ulu Öndərin mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən danışıb. Bildirib ki, Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın inkişaf yolu müəyyənləşdirilib, firavan gələcək üçün zəmin yaradılıb. Dahi rəhbərin siyasi xətti bu gün dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Şəmkir rayon təşkilatı sədrinin müavini Məcid Şıxlınski, YAP Şəmkir rayon təşkilatı Qadınlar Şurası sədrinin müavini Qətibə Məmmədova və digərləri çıxış edərək ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin qazanılmasında və möhkəmləndirilməsində müstəsna rolundan danışıblar. Bildirilib ki, Ulu Öndərin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmiz bu gün regionun lider dövlətinə, iqtisadi və humanitar-siyasi mərkəzlərdən birinə çevrilib. Regionda ölkəmizin iştirakı olmadan heç bir qlobal layihə həyata keçirilmir. Bütün bunlar ümummilli lider Heydər Əliyevin və onun siyasi xəttinin davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir.