REGİONLAR
Həyətyanı sahəsində çətənə bitkiləri becərən Siyəzən sakini saxlanılıb
Siyəzən, 1 iyun, Elxan Yusifli, AZƏRTAC
Siyəzən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qarasiyəzən kənd sakini Müşfiq Abdullayevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilən narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şahidlərin iştirakı ilə həyətyanı sahəyə baxış zamanı orada 14 ədəd çətənə kolu aşkar olunub.
Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim edilib. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını şəxsi istifadəsi üçün əkdiyini bildirib.
Faktla bağlı Siyəzən RPŞ-də araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]