Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hindistan Respublikasının Prezidenti Ram Nat Kovinddən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Hindistan Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə və inkişaf edən ikitərəfli əməkdaşlığa əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu qeyd etməkdən məmnunluq duyuram. Həqiqətən əlamətdar haldır ki, uzunömürlü dostluq münasibətlərimiz illər ərzində bir çox sahələrdə möhkəmlənib və dərinləşib.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Möhtərəm Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Ram Nat Kovind

Hindistan Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin