HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB AVUL PAKİR CAYNULABDİN ƏBDÜL KALAMA
Hörmətli cənab Prezident,
Hindistan Respublikasının viste-prezidenti Krişan Kantın vəfatı xəbəri məni ürəkdən kədərləndirdi.
Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyul 2002-ci il