HİNDİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB AVUL PAKİR CAYNULABDİN ƏBDÜL KALAMA
Hörmətli cənab Prezident,
Hindistan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Xalqlarımızın bir-birinə bəslədiyi rəğbət və dostluq hisslərini yüksək qiymətləndirirəm. Əminəm ki, dövlətlərarası münasibətlərimizin inkişafı hərtərəfli əməkdaşlıq üçün geniş imkanlar açacaqdır.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
12 avqust 2002-ci il