“Honor Tab 5” planşeti təqdim olunub
Bakı, 11 mart, AZƏRTAC
Çinin “Huawei” şirkəti “Honor” subbrendli “Honor Tab 5” planşet kompüterini təqdim edib. Yeni model orta texniki səviyyəli qurğular sırasına aiddir.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, planşet 1920х1080 təsvir ölçülü 8 düym diaqonallı maye-kristal ekran, 2,2 QHs takt tezliyinə və “ARM Mali G51 MP4” qrafik sürətləndiricisinə malik səkkiznüvəli “HiSilicon Kirin 710” prosessoru ilə təchiz edilib. Birkristallı sistemdə oyun həvəskarları üçün nəzərdə tutulan “GPU Turbo 2.0” texnologiyası tətbiq olunub. Operativ yaddaş tutumu versiyadan asılı olaraq 3 və ya 4 giqabayt, quraşdırılmış yaddaş isə 32 və ya 64 giqabayt təşkil edir.
Bundan başqa, qurğu hər biri 8 meqapikselli 2 rəqəmli kamera, 2 stereodinamik, “microSD” yaddaş kartları üçün slot, “Wi-Fi 802.11 a/b/g/n” simsiz rabitə adapteri və “LTE” modemi ilə təchiz olunub. Planşetin akkumulyator batareyasının tutumu 5100 milliamper/saat təşkil edir. Proqram əsası kimi versiyası açıqlanmayan “Android” əməliyyat sistemindən istifadə olunur.
“Honor Tab 5” planşetinin martın 12-dən etibarən Çində satışa çıxarılması nəzərdə tutulur. Qiymət quraşdırılmış yaddaş tutumu və mobil rabitə dəstəyinin olub-olmamasından asılı olaraq 165-225 dollar arasında dəyişir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [11:58]