Hulusi Kılıçın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin
23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyə Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç "Dostluq" ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 sentyabr 2012-ci il.