Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

HÜZN GÜNÜ – QƏHRƏMANLIQ, MƏĞRURLUQ, QÜRUR VƏ SINAQ GÜNÜ
QANLI YANVAR FACİƏSİNİN 12-Cİ İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ ŞƏHİDLƏR XİYABANINI ÜMUMXALQ ZİYARƏTİ
AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİNİ YAD ETMİŞDİR

1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda mübarizə tarixinə parlaq və şərəfli səhifə kimi daxil olmuşdur. Bu qanlı hadisədən 12 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Keçmiş SSRİ rəhbərliyinin havadarlığı ilə ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən hiddətlənərək Bakının küçələrinə və meydanlarına çıxan geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin Azərbaycana yeridilməsi misli görünməmiş faciə ilə nəticələndi. 

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Böyük itkilərə, günahsız insanların qətlinə səbəb olan 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu nümayiş etdirdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi.

X X X

Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldi.

Şəhidlərin ruhuna dua oxundu.

Respublikamızın rəhbəri matəm musiqisinin sədaları altında müqəddəs ziyarətgahda ucaldılmış “Əbədi məşəl” abidəsi önünə əklil qoydu. Əklilin üzərindəki lentdə bu sözlər yazılmışdı: “Azərbaycan Respublikasının Prezidentindən - 20 Yanvar şəhidlərinə”.

Azərbaycanın dövlət himni ifa olundu.

Dövlətimizin başçısı Heydər Əliyev şəhidlərin xatirəsini yad etməyə gəlmiş xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri, diplomatik korpusların hərbi attaşeləri ilə görüşdü. Onlar Prezident Heydər Əliyevə dərin hüznlə başsağlığı verdilər, xalqımızın kədərinə şərik olduqlarını söylədilər.

Prezident Heydər Əliyev diplomatik korpusun rəhbərlərinə, xarici qonaqlara təşəkkürünü bildirdi.

Dövlət təşkilatlarının rəhbər işçiləri, respublikamızda fəaliyyət göstərən dini icmaların rəhbərləri şəhidlərin xatirəsini yad etməyə gəlmişdilər.

X X X

Azərbaycan Prezidenti HEYDƏR ƏLİYEV paytaxtın yüksək nöqtəsindən Bakının mənzərəsini seyr etdi, son illərdə tikilmiş çoxmərtəbəli binaların şəhərə xüsusi gözəllik verdiyini vurğulayaraq dedi:

- Görürəm, yeni hündür evlər tikilir. Vağzalın yanında da hündür binalar var, onlar nədir?

HACIBALA ABUTALIBOV \Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı\: Cənab Prezident, onlar Hökumət evinin yaxınlığında tikilir. Orada üç yeni bina tikilir.

HEYDƏR ƏLİYEV: Neçə mərtəbəlidir, artıq orada yaşayırlar?

HACIBALA ABUTALIBOV: Bəli, artıq hamısında yaşayırlar və 16-17 mərtəbəli binalardır.

HEYDƏR ƏLİYEV: Bunlar küçə ilə gedəndə görünmür. Gözəl, yaraşıqlı evlərdir. Belə binalar daha harada tikilir?

HACIBALA ABUTALIBOV: Cənab Prezident, şəhərin çox yerində tikilir. Amma indi Təzə bazarın yanında tikilir.

HEYDƏR ƏLİYEV: Onlar da bu cür hündür evlər olacaqdır?

HACIBALA ABUTALIBOV: Bəli, dördü 25 mərtəbəli, qalanları isə 13-16 mərtəbəli olacaqdır.

HEYDƏR ƏLİYEV: Bu cür evlərin kommunikasiya məsələsi həll olunub, yoxsa yox?

HACIBALA ABUTALIBOV: Bəli, hamısı həll olunubdur.

HEYDƏR ƏLİYEV: Yaxşı, Təzə bazarın yanında küçələr daralır, ətrafdakı insanların yaşaması üçün gərək şərait olsun. Bunlar hamısı təmin olunur?

HACIBALA ABUTALIBOV: Cənab Prezident, dörd yaşayış binasının ikisində ticarət mərkəzi yaradılacaq, binaların altında isə avtomobillər üçün qarajlar tikilmişdir.

HEYDƏR ƏLİYEV: Çox gözəl.

HACIBALA ABUTALIBOV: Cənab Prezident, torpaq sürüşməsi olan yerlərdə çoxlu ağac əkmişik.

HEYDƏR ƏLİYEV: “Əbədi məşəl” abidəsini görürsünüz, gözəl bir əsər yaratmışam. Bunun memarı mənəm, bütün kompozisiyasını mən vermişəm.

Ağacları burada, sürüşkən yerlərdə əkmisiniz?

HACIBALA ABUTALIBOV: Bəli, hər şeyi sökdük və aşağıya qədər ağaclar əkdik.

HEYDƏR ƏLİYEV: İndi burada hər şey normaldır, yoxsa, yox?

ARTUR RASİZADƏ \Baş nazir\: Bəli.

HEYDƏR ƏLİYEV: Siz oradan adamları köçürmək istəyirdiniz, nə oldu?

ARTUR RASİZADƏ: Cənab Prezident, yavaş-yavaş köçürürük. Sürüşmə dayanandan sonra bəziləri köçmək istəmirlər. Amma hamını köçürəcəyik.

HEYDƏR ƏLİYEV: İndi Bakı çox gözəl görünür.

ARTUR RASİZADƏ: Cənab Prezident, bunu ölkəmizə gələn xarici qonaqlar da etiraf edirlər.

HEYDƏR ƏLİYEV: Bəzən başqa şəhərlərə gedəndə biz heyran olurduq. Amma indi görürsünüz, Bakı nə gözəl şəhərdir. Hündür binalar bu tərəfdə də var.

HACIBALA ABUTALIBOV: Bəli, o binalar Nərimanovun heykəlinin arxasında yerləşir.

Kütləvi informasiya vasitələri nümayəndələrinə müraciət edən Prezident HEYDƏR ƏLİYEV dedi:

- Siz səfalət içində yaşayırsınız?

JURNALİSTLƏR: Xeyr.

HEYDƏR ƏLİYEV: Görürsünüz, şəhər necə gözəlləşibdir. Yeni binalar buradan necə gözəl görünür.

1970-ci illərdə keçmiş Sovet küçəsinin tikintisi haqqında biz bir neçə dəfə baş plan təsdiq etdik. Orada həmin bu evlərin tikilməsini planlaşdırıldı. İndi işlər həmin baş plan üzrə gedir. Bunu o vaxt, sovet dövründə edə bilmədik. Amma indi bunu insanların özləri, özəl sektor edir. Budur, özəl sektorun inkişafı. Görürsünüz, nə qədər gözəl, böyük evlər tikilibdir. Biz sovet dövründə çox evlər, binalar tikmişik. Ancaq indi özəl sektor onlardan daha yaxşı, gözəl tikir. Həm də şəhəri gözəlləşdirirlər. Demək, bazar iqtisadiyyatı var, özəl sektor inkişaf edir, insanların alıcılıq qabiliyyəti var. Belə mənzillər alıb yaşaya bilirlər. Ona görə də inşaat biznesi çox geniş inkişaf edibdir. Mən belə görürəm ki, bizdə ən geniş inkişaf edən inşaat biznesidir.

ARTUR RASİZADƏ: Cənab Prezident, bəli, elədir.

HEYDƏR ƏLİYEV: Görürsünüz, bu qədər evlət tikiblər. Görün, nə qədər pul qazanıblar. Bu evlərin tikintisində nə qədər insanlar- inşaatçılar, fəhlələr işləyibdir və bu gün də işləyirlər, maaş alırlar, yaşayırlar. Demək, bu, iş yerləridir. Mən bunu çox təqdir edirəm. Çünki birincisi, yeni iş yerləri açılır, ikincisi, biznes inkişaf edir, özəl sektor inkişaf edir, üçüncüsü, bizneslə məşğul olan adamlar bazarın tələbatını bilirlər. Mənzillərə, yaşayış evlərinə təlabat da yüksəkdir. Əgər mənzillərə, yaşayış evlərinə tələbat yüksəkdirsə, demək, insanların yaşayış tərzi də yüksəlib ki, böyük məbləğdə vəsait ayırıb özlərinə mənzil ala bilirlər. Bunların hamısı da ümumiyyətlə, şəhərin gözəlliyini təmin edir, memarlıq, şəhərsalma barədə bizim planlarımızın həyata keçirilməsini təmin edir. Bu, çox yaxşı haldır.

İnşaat infrastrukturu inkişaf edir. İndi Azərbaycanda sexlər açılıbdır. Mənə deyirlər, onlar elə pəncərə, qapı və başqa şeylər düzəldirlər ki, vaxtilə bunu heç görə də bilməzdin. Bunlar çox gözəldir.

Siz o evləri görürsünüz?

QƏNİRƏ PAŞAYEVA \ANS telekanalının əməkdaşı\: Bəli.

HEYDƏR ƏLİYEV: Oradakılar səfalət içində yaşayırlar?

QƏNİRƏ PAŞAYEVA: Yox.

HEYDƏR ƏLİYEV: Bəs, sən niyə deyirsən, səfalət içində yaşayırlar?

QƏNİRƏ PAŞAYEVA: Cənab Prezident, mən deməmişəm.

HEYDƏR ƏLİYEV: Gördüyün bu evlərdən o tərəfdə də çoxdur. Sən hərdən gəl buradan bax. Televiziyaya çağırdığın bəzi adamları da buraya göndər baxsınlar ki, nə qədər evlər var, nə qədər adam yaşayır. Onlar bu evlərdə səfalət içində yaşaya bilməzlər. Elədir, yoxsa yox?

QƏNİRƏ PAŞAYEVA: Bəli, bu evlərdə yox.

HEYDƏR ƏLİYEV: Amma o birilər də var. Sən elə bilirsən, mən bilmirəm?! Amma hamı belə evlərdə yaşaya bilməz. Bu binalar tikiləndə burada işləyən fəhlənin yaşayışı yaxşılaşır. Təkcə fəhlələrin yox, məsələn, mütəxəssislərin də. Sovet vaxtından qalan nə qədər inşaat təşkilatlarımız var. Onlar bir ara dayandılar. İndi mən görürəm ki, onlar özəl sektorda çox inkişaf ediblər. Çünki Azərbaycanda, xüsusən Bakıda gedən bu qədər tikinti işlərini indi onlar görürlər. Bunları bir müddət özümüzünkülər tikmirdilər. Amma indi Azərbaycanın yerli təşkilatları, bizim özəl təşkilatlarımız tikir. Yerli xammaldan istifadə edirlər. Bir çox məhsulları, hansıları ki, bir müddət xaricdən - Türkiyədən, İrandan gətirirdilər, indi onları burada özləri istehsal edirlər, sexlər yaranıbdır. Müxtəlif başqa işlərdə iştirak edirlər. Görürsən, bunları “Nəzər nöqtəsi”ndə ver. De ki, Heydər Əliyevlə “Nəzər nöqtəsi” aparırdım.

QƏNİRƏ PAŞAYEVA: Cənab Prezident, rayonlarda böyük müəssisələrimiz var idi. Bunlarla bağlı hansısa addımlar atılacaqmı? Məsələn, Şəkidə neçə min işçisi olan müəssisə var idi.

HEYDƏR ƏLİYEV: Bilirsən, neçə yaşın var? Düzdür, qızdan bunu soruşmazlar. Amma hər halda 25 yaşın olar.

QƏNİRƏ PAŞAYEVA: Bəli.

 

HEYDƏR ƏLİYEV: Həmin o Şəki kombinatını biz yaradanda sən dünyada yox idin. Başa düşürsən. Onu yaratdıq, qaldırdıq, orada 7-8 min adam işləyirdi. Orada sizlər üçün, xanımlar üçün çox gözəl ipəklər toxunurdu. Bizim xanımların o ipəklərdən ötürü ürəkləri gedirdi. Hətta o, qıt mal idi. Onu başqa yerə göndərirdik. İnsanlar işləyirdi və çox gözəl də məhsul var idi. Yaxşı pul alırdılar, yaxşı istehsal var idi - hamısı var idi. Amma indi bunlar çətinləşibdir. Çünki o dövr keçdi. O dövr keçəndən sonra indi bu məhsula ehtiyac olmadığına görə, tələbat olmadığına görə və bu müəssisənin avadanlığı müasir olmadığına, bugünkü tələbata cavab vermədiyinə görə böyük bir dəyişiklik lazımdır. Birincisi, bazar lazımdır. Bazar lazımdır ki, biz görək, o məhsulu istehsal edib sata bilərik, yoxsa yox. İkincisi, yüksək keyfiyyətli məhsul istehsal etmək üçün avadanlıq lazımdır, mütəxəssislər lazımdır. Bunlar bir gündə, iki gündə olmur. Bunlar da prosesdir.

İndi mən həmin bu evlərə baxıram. Dörd, beş il öncə bu evlər yox idi. Burada bəzi bir neçə evləri xarici ölkədən gələn inşaatçılar tikiblər. Elədirmi?

ARTUR RASİZADƏ: Bəli, əksəriyyəti Türkiyədən gələnlər idi.

HEYDƏR ƏLİYEV: Bəli, indi bu evlər var. Bu, nə deməkdir? Birincisi, bizim özümüzün sahibkarlarımız yaranıbdır. İkincisi, əgər tələbat olmasa, o, bunu tikməz. Başa düşürsünüz, bunun bazarı var. Məsələn, indi Şəkidəkinin bazarı yoxdur, onu alan yoxdur. Ona görə istehsal etmək lazım deyil. Bazar iqtisadiyyatıdır. Amma bunun bazarı var, bunu alan var. Əgər biznesmen bilsə ki, bunu satmayacaq, heç onu tikməz. Çünki o, vəsait qoyur. Vəsait qoydu, tikdi, sata bilmədi, vəsaiti getdi, gərək gözləsin. Bunlar hamısı bazar iqtisadiyyatının qanunlarıdır. Ona görə Şəkidəki də, o birisi də, bu birisi də - hamısı olacaqdır. Tələsməyin. Bunlar da bir gündə olmayıbdır. Bir ildə də olmayıbdır.

Görürsünüz, neçə illərdir biz bu sahədə çalışırıq. Deyəndə ki, bunlar olacaq-olacaq, bəziləri, sənin kontingentin var, onlar başlayırlar yox, niyə o olmadı, bu olmadı. Axı, sən bilmirsən, bu nə deməkdir. Bir dənə ev tikməmisən, zavod tikməmisən, bir dənə fabrikin yanından keçməmisən, bir dənə müəssisədə olmamısan. Küçədə gəzirsən, qəzetdə yazırsan, yaxud siyasi partiyanın nümayəndəsi kimi orada müsahibə verirsən, burada danışırsan, orada birləşirsən, burada ayrılırsan, nə bilim, planlar cızırsan.

QƏNİRƏ PAŞAYEVA: Cənab Prezident, Bakı şəhərinin statusu qəbul ediləcək, bəs İçərişəhərin qorunub saxlanması necə olacaqdır?

HEYDƏR ƏLİYEV: Bu da bizim planımızda var. Sən bil ki, İçərişəhərin bərpası, onun bütün tarixi abidələrinin aşkar olunması hələ 1970-ci illərdə Azərbaycanın rəhbəri kimi, şəxsən mənim ən birinci vəzifəm idi. İndi siz o Karvansaraya gedirsiniz, onu görürsünüz. Amma o yox idi, torpağın altında idi. Karvansaranın yanındakı başqa şeylər, orada sərgi düzəldilib - qədim yazılı daşlar və sair, bunların heç biri yox idi. Biz bunları həmin o illərdə qazdıq çıxardıq. Bu, orada aparılan işlərin nəticəsidir. Bu işlər də gedirdi. Amma təəssüflər olsun ki, Azərbaycanda bir müddət durğunluq əmələ gəldi. Həqiqətən, kim olur olsun, mən ya başqası, bu işlərlə məşğul olmağa imkan yox idi. İndi imkanımız var, məşğul oluruq. Hamısı açılacaqdır. Azərbaycanın tarixi, tarixi abidələri mənim üçün əzizdir. Çünki mən tarixi və tarixi abidələri çox sevən adamam. Hələ vaxtilə, gənc yaşlarımda memarlıq təhsili alarkən, bu tarixi abidələrin hamısını öyrənmişəm.

Bax, bunu, “Əbədi məşəl” abidəsini görürsən, o, yox idi. Bura da yox idi. Elədirmi? Gəlirdik oraya, oradan da düşüb gedirdik. Mən düşündüm, yaxşı, burada şəhidlərin qəbirləri var. Amma bütün şəhidlərimizə rəmzi bir abidə qoymaq lazım idi, yoxsa yox? Bunu yaratdım. Amma burada bu yer yox idi. Torpaq, daş gətirdib tökdürdüm, buranı bərkitdik. İndi bir halda ki, biz səmimi sadə söhbət aparırıq, deyirəm, memarlar üç-dörd dəfə müxtəlif layihələr gətirdilər. Biri bunu gətirdi, yaramadı. Biri, onu gətirdi, yaramadı. Mənə dedilər, nə istəyirsən?

ARTUR RASİZADƏ: Cənab Prezident, bizim yanımızda oldu.

HEYDƏR ƏLİYEV: Sənin yadındadır, dedim, bunu istəyirəm, bunu istəyirəm. Gedin bunları düzəldin. Getdilər düzəltdilər. Gözəl bir abidədir. İndi şəhərin hər yerindən görünür. Xüsusən, axşam vaxtı, qaranlıq vaxtı baxırsan ki, yanır. Birincisi, bu, şəhərə gözəllik verir, ikincisi də onun yanan qülləsi göstərir ki, bəli, burada məşəl yanır, bura müqəddəs yerdir. Bu, bir gündə olmayıbdır. Amma bunu etdik.

 

X X X

Şəhidlərin xatirəsini əziz tutan və onların məzarlarını ziyarət edən on minlərlə paytaxt sakini, respublikamızın müxtəlif yerlərindən gəlmiş insanlar - məktəblilər, gənclər, yaşlılar, qlz-gəlinlər müqəddəs and yerimiz olan Şəhidlər xiyabanına axışır, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş mərd mübarizlərin xatirəsini böyük ehtiramla yad edirdilər. Ziyarət günörtadan xeyli keçənədək davam etmiş, şəhid məzarları al qərənfillərə bürünmüşdü.

AZƏRTAC

Foto Oqtay Aydınoğlunun, Rafiq

Bağırovun vəYaşar Xəlilovundur

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib