Azərbaycan Dövlət İnformasiya Agentliyi

İçərişəhərin 5 əsas görməli yeri

Orta əsrlər şəhəri - İçərişəhər - hazırda UNESCO-nun Dünya İrsi obyekti nə vaxtsa əlçatmaz qala divarları sayəsində dövrümüzə praktik olaraq dəyişilməmiş görkəmdə gəlib çatıb. Bu möhtəşəm tarix-memarlıq qoruğunun mərkəzində iki min ildən çoxdur ki, rəvayətlərin mövzusuna çevrilmiş Qız qalası və ölkənin onlarca digər nadir abidələri yerləşir. Biz onlardan yalnız beş ən məşhurunu seçdik.

Qız qalası - əlçatmaz və gözəl

Qız qalası əsrlər boyu Bakının panoramında ən görkəmli tikili olub. Şəhərin ilk məlum təsvirlərindən biri 1683-cü ilə aiddir və bu təsvirin müəllifi alman səyyahı Kempferdir. Bu rəsmə hətta üç əsr sonra nəzər saldıqda keçən müddətdə baş verən böyük dəyişikliklərə baxmayaraq, Bakını tanımaq mümkündür. Bu, bənzərsiz Qız qalası sayəsində mümkün olur. O, həm keçmişdə, həm də indi sürətlə inkişaf edən və dəyişən paytaxtın mərkəzində əvəzolunmaz rəmz kimi ucalır.

Qız qalası İçərişəhərin cənub-qərb hissəsində yerləşib. Silindrik formalı bu abidənin hündürlüyü 28 metrdir. Qala divarlarının qalınlığı bünövrə hissədə 5 metrə, 8 mərtəbə hündürlüyündə isə 4 metrə çatır. Mütəxəssislərin fikrincə, Qız qalasının inşa olunma tarixini eramızdan əvvəl VIII-VII əsrlərə aid etmək olar.

Qız qalasından istifadə təyinatı barədə müxtəlif fərziyyələr var. Lakin onların hamısını bir ümumi cəhət birləşdirir: tarixin müxtəlif dövrlərində qaladan müxtəlif məqsədlərlə istifadə edilib. Qədim ibadət tikilisi kimi inşa olunmuş bu qala sonrakı əsrlərdə Şirvanşahlar dövlətinin müdafiə sisteminə daxil edilib, buna görə ondan rəsədxana, mayak kimi də istifadə oluna bilərdi.

Tikilinin “Qız qalası” adlandırılması, yəqin ki, onun İçərişəhərdə əsas istehkam rolunu oynadığı dövrdə binanın “müdafiə təyinatlı” keçmişi ilə bağlıdır. Axı tarixin bütün keşməkeşli hadisələrinə və çoxsaylı hücumlara baxmayaraq, qala heç vaxt düşmən tərəfindən tutulmayıb.

Qız qalası bu gün öz texniki təchizatına görə Avropada tayı-bərabəri olmayan ən müasir muzey kompleksinə çevrilib. Kompleksin 8 mərtəbəsində ümumilikdə 34 nümayiş paneli və monitoru quraşdırılıb, onlardan 22-si interaktivdir. Hətta burada unikal heliodispley var. Bu displeydə təsvir çox nazik su tozundan ibarət bulud üzərinə köçür və qeyri-adi holoqram effekti formalaşdırır.

Qalaya həm də ona görə qalxmağa dəyər ki, onun müşahidə meydançasından tamaşa edəndə bütün qədim Bakı və qocaman Xəzər sanki ovcunuzun içi kimi görünəcək!

Şirvanşahlar Sarayı Kompleksi - “Bakı Akropolu”

İçərişəhərin ən hündür yerində orta əsrlər Şirvanşahlar Sarayı Kompleksi - Şirvan hökmdarlarının son iqamətgahı yerləşir. 1191-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra dövlətin paytaxtı Bakıya köçürülüb və burada saray kompleksi ucaldılıb. Sarayın bünövrəsi XII əsrdə qoyulub, son tikinti işləri isə XV əsrdə başa çatıb.

Saray kompleksi müxtəlif səviyyələrdə yerləşən üç daxili həyəti əhatə edir. Sarayın özü və Şirvanşah Fərrux Yasarın divanxanası yuxarı həyətdə yerləşir. Aşağı həyətdə saray məscidi və Şirvanşahlar türbəsi yerləşir. Türbə Şirvanşah Xəlilullahın əmri ilə onun oğlu və anası üçün tikilib.

Daha aşağıda hamam və bağlı quyu - ovdan yerləşir. Hər üç həyət qala divarları ilə əhatə olunan vahid kompleksi təşkil edir.

Kompleksdə XVI əsrə aid yeganə abidə “Murad darvazası” hesab edilir. Oradakı yazı darvazanın hicri tarixi ilə 994-cü ildə (1585-1586-cı illər) III Sultan Muradın şərəfinə tikildiyindən xəbər verir.

Bununla yanaşı, Şirvanşahlar Sarayı Kompleksində “Bayıl daşları” qorunub saxlanılır. Üstündə oyma yazı və təsvirlər olan bu daş pilətələr Şirvanşahlar üçün müdafiə qalası rolunu oynayan Bayıl qəsrinin qalıqlarıdır. Bu daşlar qalanın ətrafında aparılmış arxeoloji qazıntılar zamanı qayada aşkar edilib. Abidələrin üstündə göstərilən tarixə əsasən onları XIII əsrə aid etmək olar.

Saray kompleksi bu gün də buraya gələn insanları öz harmoniyası və memarlıq mükəmməlliyi ilə heyrətləndirir. UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Şirvanşahlar Sarayı Kompleksini haqlı olaraq “Bakı Akropolu” adlandırırlar. “Şirvanşahlar Sarayı Kompleksi” Dövlət Tarixi Memarlıq Qoruq-Muzeyi elan edilib. 2014-cü ildə burada yaradılmış yeni muzey ekspozisiyası orta əsrlər qalası mühitinə “daxil olmağa” və o dövrün sirli saray həyatı barədə maraqlı məlumatlar əldə etməyə imkan verir.

Məhəmməd məscidi və ya “Sınıqqala”

Məhəmməd məscidi - dünya əhəmiyyətli nadir abidə və İçərişəhərin islam dövründə ən qədim tarixə malik abidəsidir. Məscidin şimal fasadında giriş qapısının yanında ərəbcə yazılıb: “Rəhmli və mərhəmətli Allahın adı ilə. Hicri tarixi ilə 471-ci ildə (miladi 1078-1079-cu illər) ustad rəis Məhəmməd Əbubəkr oğlu tərəfindən inşa olunub”. El arasında bu məscidə həmçinin “Sınıqqala” deyilir. Məscid özünün ikinci adını admiral Matyuşkinin idarə etdiyi 15 gəmidən ibarət Rusiya ordusunun hərbi eskadrasının dəniz tərəfdən şəhərə yaxınlaşaraq onun təslim olmasını tələb etdiyi 1723-cü il hadisələrindən sonra alıb. Ultimatuma rədd cavabı alan rus gəmiləri şəhəri atəşə tutdular. Top mərmisi Məhəmməd məscidinə düşüb və onu zədələyib. Elə həmin anda güclü külək qalxıb və rusların yelkənli gəmilərini dənizdə uzaqlara aparıb. Şəhər əhalisi bu hadisəni xarici müdaxiləçilərin Allahın qəzəbinə tuş gəlməsi kimi mənalandırıblar. O vaxtdan ta XIX əsrin ortalarına qədər məscid minarəsi qala müdafiəçilərinin dözümlülük və igidlik rəmzi kimi qorunub saxlanılaraq bərpa edilməyib.

2010-cu ildə məscidin binası və minarəsi Avstriyanın “Atelier Erich Pummer” şirkəti tərəfindən unikal texnikadan - vakuumlu daş möhkəmləndiricisindən istifadə edilməklə çox səliqə ilə bərpa olunub.

Buxara karvansarası - orta əsrlər mehmanxanası

Qız qalası yaxınlığında yerləşən karvansara XV əsrdə İçərişəhərin Şamaxı darvazasından keçən ticarət yolu üzərində ucaldılıb. Karvansarada əsasən Orta Asiyadan gələn tacirlər qalıblar.

Kvadrat formalı tikili qabarıq piştağı ilə tamamlanır. Perimetr boyu eyvan və hücrələrlə əhatə edilən səkkizguşəli həyət gündəlik alverdən sonra tacir və səyahətçilər üçün gözəl istirahət yeri olub. Daxili həyətin bütün perimetri boyu memarlıq kompozisiyasının əsas hissəsini təşkil edən çatma tağlar yerləşib. 1964-cü ildə aparılan bərpa işləri zamanı karvansara binası sonradan əlavə edilmiş tikililərdən təmizlənib və bu milli əhəmiyyətli abidənin nəhəng miqyaslı strukturunu üzə çıxarmağa imkan verib.

Hazırda burada fəaliyyət göstərən restoranda müştərilərə Azərbaycan milli yeməkləri təklif olunur.

Qasım bəy hamamı yaxud “Şirin hamam”

Hamam XIII əsrdə İçərişəhərin Salyan darvazası ətrafında tikilib. El arasında buraya “Şirin hamam” deyilib, çünki orada çayı şirniyyatla veriblər. Hamamın planı ənənəvi memarlıq metoduna əsaslanır. Yəni, hamam vestibül, soyunub-geyinmə otağı, yuyunma yeri, hovuz və ocaq yerindən ibarətdir. Sоyunub-geyinmə və yuyunma оtаqlаrı kameralı küncləri olan хаçşəkilli günbəzlə örtülüb. Su təchizatı, isitmə və qızdırmа sistеmi divаrlаrın içərisində və döşəmənin аltındа yеrləşən saxsı borular vasitəsilə həyata keçirilib. 1970-ci ildə hamamda aparılmış bərpa işlərindən sonra orada “Yaşıl aptek” fəaliyyət göstərməyə başlayıb.

Qasım bəy hamamı orta əsrlər abidələrinin ən maraqlı memarlıq nümunələrindən biridir və dövlət tərəfindən milli əhəmiyyətli abidə kimi qorunur.

Sözardı

Nadir tarixi abidələr və geniş spektrli turizm təklifləri sayəsində İçərişəhər Azərbaycan paytaxtının qonaqlarının mütləq görməli olduqları yerlərdən birinə çevrilib. Bu romantik yerdə olmaqla siz orta əsrlər dövrünə “səyahət edər”, o dövrün nəfəsini duyar, müsbət enerji toplayarsınız.

Emil Eyyubov

Məxsusi olaraq AZƏRTAC üçün

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb