İctimai dinləmə keçiriləcək
Bakı, 20 dekabr, AZƏRTAC
Dövlət Ekoloji Ekspertiza Agentliyinə daxil olan sosial-infrastruktur və abadlıq işləri ilə bağlı tikinti layihələrinin ekoloji cəhətdən qiymətləndirilməsi və müvafiq rəyin verilməsi məqsədilə dekabrın 21-də növbəti onlayn ictimai dinləmə keçiriləcək.
Agentliyin İdarə Heyətinin sədri Mirsalam Qənbərov AZƏRTAC-a bildirib ki, layihə icraçıları, ictimaiyyət və QHT nümayəndələri, ekspert-mütəxəssislərin iştirakı ilə keçiriləcək ictimai dinləmədə agentliyə təqdim olunan hər bir layihənin ətraf mühitə təsiri, kompensasiya mexanizmləri müzakirə olunacaq, yekun rəyin qəbul edilməsi üçün maraqlı tərəflərin fikirləri dinləniləcək.
İctimai dinləmədə iştirak etmək istəyənlər dekabrın 21-də saat 15:00-da aşağıdakı linkə daxil olaraq müzakirələrə qoşula bilərlər: https://us05web.zoom.us/j/89701417458?pwd=U256UCtVbjFtUTJjUEgyZVNjSDV4Zz09
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [10:30]
Şahdağda qar örtüyünün hündürlüyü 20 santimetrdir - FAKTİKİ HAVA
- 15.11.2026 [19:16]
Ölkə ərazisində küləkli hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA
- 15.11.2026 [12:56]
Sabah Bakıda və rayonlarda yağış yağacaq VİDEO
- 15.11.2026 [11:54]
Tədqiqat: Dünyanın bütün regionları 1,5°C istiləşmə həddinə yaxınlaşır
- 14.11.2026 [23:25]