ELM VƏ TƏHSİL
İdman məktəblərinin əməkdaşları arasında paintball üzrə dostluq turniri başlayıb
Bakı, 1 sentyabr, AZƏRTAC
Sentyabrın 1-də Təhsil Nazirliyinin Bakı şəhərində fəaliyyət göstərən idman məktəblərinin əməkdaşları arasında paintball üzrə dostluq turniri başlayıb.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, "Təhsil" Respublika İdman Mərkəzinin təşkil etdiyi “Paintball-2015” turnirinin keçirilməsinin məqsədi idman məktəblərinin kollektivləri arasında dostluq əlaqələrinin gücləndirilməsi və sağlam həyat tərzinin təbliğidir.
Turnirdə 24 idman məktəbinin komandası iştirak edir.
Yarışlar üç mərhələdə keçiriləcək. Qalib komandalar qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.