Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

II Bakı Beynəlxalq Humanitar Forumu hələ də dünya mətbuatının diqqət mərkəzindədir
Bu möhtəşəm tədbirə həsr olunmuş növbəti məqalə Rusiyanın nüfuzlu “Mejdunarodnaya jizn” jurnalında dərc edilmişdir

Bakı, 11 oktyabr (AZƏRTAC). Oktyabrın 4-5-də Bakıda keçirilmiş II Bakı Beynəlxalq Humanitar Forumu hələ də dünya mətbuatının diqqət mərkəzindədir. Bu möhtəşəm tədbirə həsr olunmuş növbəti məqalə RF Xarici İşlər Nazirliyi tərəfindən rus, ingilis, fransız, alman və Çin dillərində nəşr olunan nüfuzlu “Mejdunarodnaya jizn” (“İnternational affairs”) jurnalında dərc edilmişdir.

AZƏRTAC forumda müzakirə edilən qlobal problemlərin aktuallığını nəzərə alaraq həmin jurnalda dərc edilmiş “Bakı dünya humanitar məkanının mərkəzinə çevrilir” sərlövhəli məqaləni oxuculara təqdim edir. Məqalənin müəllifi İTAR-TASS Agentliyinin xarici siyasət xidmətinin beynəlxalq əməkdaşlıq şöbəsinin rəhbəri, Bakı forumunun iştirakçısı Səadət Kadırovadır.

X X X

Azərbaycan paytaxtındakı Heydər Əliyev Mərkəzində keçirilmiş İkinci Bakı Beynəlxalq Humanitar Forumunda görkəmli siyasətçilər, alimlər, mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak edirdi.

Rusiya da daxil olmaqla dünyanın 70 ölkəsindən Forumda iştirak edən 600-dən çox nümayəndə arasında 11 Nobel mükafatı laureatı, 10 sabiq dövlət başçısı, görkəmli incəsənət və mədəniyyət xadimləri, siyasətçilər, alimlər, habelə dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri vardı.

Təşkilatçıların sözlərinə görə, Forumun qonaqlarının bu cür sanballı tərkibi bütün dünyada humanitar sahələrə, mədəniyyətlərin toqquşması və multikulturalizm problemlərinə, habelə bütövlükdə bu regiona marağın artması amilləri ilə bağlıdır.

Bəzi ekspertlərin “intellektual Davos” adlandırdığı bu beynəlxalq humanitar forum əslində ilk dəfə 2010-cu ilin yanvar ayında Bakıda keçirilmiş Rusiya-Azərbaycan Humanitar Forumundan yaranmışdır. Həmin Forum başa çatandan sonra hər iki dövlətin başçılarının təşəbbüsü ilə bu tədbiri beynəlxalq foruma çevirmək, ondan müasir dövrün qlobal problemlərinin müzakirəsi üçün bir məkan kimi istifadə etmək qərara alınmışdır. Keçən ilin payızında yeni formatda keçirilən birinci forumda 20-dən çox ölkəni təmsil edən məşhur siyasətçilər, alimlər, mədəniyyət xadimləri iştirak edirdi. İndi bu forum Rusiya və Azərbaycan prezidentlərinin himayəsi ilə hər il keçirilir. Təsisçilərin nəzərdə tutduğu ideyalar insan fəaliyyətinin, o cümlədən iqtisadiyyatın müxtəlif sahələrinin humanitar aspektlərini dərk etmək cəhdi olmaqla forum iştirakçılarının çıxışlarında öz əksini tapır.

Ötən forumun mövzularının aktuallığı Azərbaycan Prezidenti İlham Əliyevin tədbirin açılış mərasimində çıxışında da diqqəti cəlb edirdi. Prezident mültikulturalizmin, mədəniyyətlərin dialoqunun əhəmiyyətini vurğulayaraq bildirmişdir ki, onlar qarşılıqlı anlaşmaya, çox sürətlə dəyişməkdə olan texnologiyalar aləmində yaşayan siyasətçilərin məsuliyyətinə təkan verməlidir. Bu aləmdə etik və humanitar dəyərlər sosial həyatda baş verən dəyişikliklərdən geri qalmamalıdır.

Humanitar sahədə diskussiyalar, ideya və təcrübə mübadiləsi üçün forumda səkkiz mövzu üzrə dəyirmi masalar təşkil edilmişdir: “İqtisadi inkişafın humanitar aspektləri”, “Konvergent texnologiyalar və gələcəyin konturları”, “Müasir kütləvi informasiya vasitələri və yeni çağırışlar”, “Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi”, “XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar”, “Müasir səhiyyəyə baxışları dəyişən texnologiyalar və molekulyar biologiya”, “Multikulturalizm və mədəni özünüdərk”, “Cəmiyyətin həyatında multikulturalizm”.

Rusiya tərəfindən bu forumda RF Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak etmişdir. O demişdir: “Mənim fikrimcə, iştirakçıların tərkibindən aşkar görünür ki, bu forum dünya birliyinin ən müxtəlif dairələrində, peşəkar, regional, habelə UNESCO kimi qlobal təşkilatlar, ərəb Şərq ölkələri, türkdilli dövlətlər arasında yüksək maraq doğurur. Şübhə yoxdur ki, bu qədər çoxsaylı sabiq prezidentlərin, Nobel mükafatı laureatlarının bir yerə toplaşması heç də hər forumda müşahidə olunmur”.

M.Şvıdkoy vurğulamışdır: “Rusiyadan Azərbaycana çox güclü nümayəndə heyəti gəlmişdir. Onun tərkibinə məşhur alimlər, mədəniyyət xadimləri, iqtisadçılar, o cümlədən Aleksandr Auzan, Zurab Sereteli aktyorlar Stanislav Lyubşin, Larisa Lujina, bəstəkar Aleksandr Çaykovski, şair Andey Dementyev, biologiya, kimya və başqa elm sahələrində Rusiyanın tanınmış mütəxəssisləri daxildir.

Forumun yekunlarına əsasən bəyannamə qəbul edilmişdir. Forum iştirakçıları siyasi və elmi elitanı, nüfuzlu beynəlxalq strukturları dinamik qloballaşan cəmiyyətdə humanitar problemlərə xüsusi diqqət yetirməyə çağırmışlar. Diskussiyaların iştirakçıları “bugünkü texnologiyaların nəinki dünya siyasətini, cəmiyyətləri, milli mədəniyyətləri, hətta insan fenomeninin özünü belə köklü şəkildə dəyişmək iqtidarında olduğunu” qeyd etmişlər. “Müasir cəmiyyətin həyatında kütləvi informasiya vasitələrinin və sosial şəbəkələrin rolunun getdikcə artması ilə bağlı meydana çıxan problemlərə yeni yanaşmaların tələb olunması” sənəddə xüsusi vurğulanmışdır. Bakıya toplaşmış ekspertlərin qənaətinə görə, “yaranmış şəraitdə mədəniyyət hər bir insan üçün və bütövlükdə bəşəriyyət üçün taleyüklü əhəmiyyət kəsb edir”. Onlar bir məqama xüsusi diqqət yetirmişlər ki, müasir təbabətə və molekulyar biologiyaya baxışları dəyişən bio-, nano-, info- və digər texnologiyaları “yeni humanitar etikanın formalaşdırılması məsələsini son dərəcə aktuallaşdırır”.

Bəyannamədə multikulturalizm problemlərinin fəlsəfi və etik aspektlərinin tədqiqinin bundan sonra da davam etdirməyin, ksenofobiya, irqçilik və dözümsüzlüyün qarşısını almaq üçün kütləvi informasiya vasitələrində lazımınca işıqlandırılmasının vacibliyinə diqqət yetirilir.

Forum iştirakçıları nano-, bio-, info- və koqnitiv texnologiyaların inkişafına və onlardan lazımınca istifadəyə böyük diqqət yetirilməsini vacib sayır, tarixdə analoqu olmayan fenomen kimi informasiyanın formalaşması və yayılması prosesində yeni texnologiyaların və sosial şəbəkələrin rolunun artmasını qeyd edirlər.

Bakı forumunun iştirakçıları burada aparılmış fikir mübadiləsindən, diskussiyalardan razı qaldıqlarını və belə forumların hər il keçirilməsinin zəruriliyinə inandıqlarını bildirmişlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Si Cinpin Serbiyada səfərdədir

“Airbus” apreldə müştərilərinə 61 təyyarə təhvil verib

Tamğa – qədim türklərin əzəmət rəmzi

İbtidai insanların qidası barədə yeni məlumatlar əldə edilib

Azərbaycan səfiri: Sülh yolunda əldə edilən irəliləyişi dəstəkləmək lazımdır

“Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalına keçən ölkələr məlum olub

Slovakiyanın Baş naziri AZƏRTAC-a və AzTV-yə müsahibə verib YENİLƏNİB

“Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalı keçirilir

Kakaonun qiymətinin kəskin azalmasının səbəbi məlum olub

Prokurorluq Zaqatalada zəhərlənmə faktı ilə bağlı araşdırma aparır

Komitə sədri BMT-nin Qadınlar təşkilatının regional direktoru ilə görüşüb

Macarıstan XİN rəhbəri ölkəsinin Mərkəzi Asiya ilə əməkdaşlığa görə tənqidlərlə üzləşdiyini deyib

Mahnı Teatrında Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert keçirilib

“FireLand” Azərbaycanlılar Birliyi Belçikada ənənəvi festivalda iştirak edib

Azərbaycan Basketbol Liqası: Son çempion seriyanın birinci oyununda “Xırdalan”a qalib gəlib

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyə mediasına müsahibə verib

Vüqar Rəhimzadə: Qərb Gürcüstanda yaratdığı şəbəkənin ifşa olunmasını istəmir ŞƏRH

Küveyt Əmiri Türkiyədə rəsmi səfərdədir

“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb

“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda görüş təşkil olunub

Ceyson Quberman: Azərbaycandakı müxtəlif dini icmalar arasındakı sıx əməkdaşlıq təqdirəlayiqdir

BDU-da “Dünya və Azərbaycan siyasətində Heydər Əliyev kursu” kitabının təqdimatı olub

AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb

Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib

YAP Nəsimi rayon təşkilatının sədri partiya fəalları ilə görüşüb

Bakıda “Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda 4-cü DİM Dialoqu keçirilib

Bakıda Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun yeddinci iclası keçirilib

Azərbaycanın iqlim dəyişikliyi üzrə İkiillik Şəffaflıq Hesabatının hazırlanmasına dəstək təlimi keçirilib

“Yay məktəbi”nə ərizə qəbulu başlayır

Gürcüstanda böyük uğurlar qazanmış soydaşlarımız haqqında filmin çəkilişlərinə başlanılıb

® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır

Naxçıvan ASAN Vəkil Bürosu açılıb

Milli Məclisin plenar iclasında 18 məsələ müzakirə olunub

® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub

“Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” adlı VII beynəlxalq konfrans keçirilib

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının turizmlə bağlı iclası Azərbaycanın sədrliyi ilə keçirilib

Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb

Şahzadə Harri Londona qayıdıb

30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib VİDEO

Dünyaşöhrətli alim "Yeni çağırışlar"da

Naxçıvanda icbari tibbi sığorta haqları üzrə daxilolmalar 25 faizdən çox artıb

Heydər Əliyev xatirələrdə - BDU və Sosial Xidmətlər Agentliyinin birgə tədbiri

“Caspian Agro 2024” sərgisi çərçivəsində “GreenAgroHack” hakaton yarışması keçiriləcək

FIFA prezidenti COP29-a dəvət olunub

Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib VİDEO

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar VİDEO

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib