DÜNYA
İki gündə Harri Potter haqqında yeni kitabın 2 milyondan çox nüsxəsı satılıb
Bakı, 3 avqust, AZƏRTAC
ABŞ və Kanadada satışa çıxdığı ilk iki gündə Coan Roulinqin "Harri Potter və lənətlənmiş uşaq" kitabının 2 milyondan çox nüsxəsi satılıb.
AZƏRTAC blogs.wsj.com saytına istinadla xəbər verir ki, gənc sehrbaz haqqında bundan əvvəl "Harri Potter və ölümün hədiyyələri" kitabı ABŞ-da satışa çıxdığı ilk gündə 8,3 milyon nüsxə satılaraq rekord qırmışdı. Kitabın elektron versiyası isə Pottermore saytında oxucuların ixtiyarına verilib.
Əsər Londonda iyulun 30-da səhnələşdirilmiş tamaşanın geniş oxucu kütləsi üçün uyğunlaşdırılmış versiyasıdır. Məşhur amazon.com alış-veriş platforması kitabın satış rəqəmlərini açıqlamasa da, öncədən sifarişlərin rekord göstəriciləri yenilədiyini vurğulayıb.
Dünyada 200-dən çox ölkədə çap olunan və 79 dilə tərcümə edilmiş Harri Potter haqqında kitablar seriyasının ümumi tirajı 450 milyon nüsxədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]