İQTİSADİYYAT
İki qeyri-kommersiya təşkilatı Maliyyə Nazirliyində akkreditasiya olunub
Bakı, 25 oktyabr, AZƏRTAC
“Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası” İctimai Birliyi və “Gənc mühasiblər” Birliyi peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, adıçəkilən təşkilatlar peşəkar mühasib təşkilatı kimi akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının siyahısına daxil edilib və Maliyyə Nazirliyinin internet səhifəsində yerləşdirilib. Peşəkar mühasib təşkilatı kimi Maliyyə Nazirliyində akkreditasiya olunmuş qeyri-kommersiya təşkilatlarının sayı 3-ə çatıb.
Akkreditasiya olunan təşkilatlar mühasiblərin peşə biliklərinin artırılması ilə bağlı təlimlər və seminarlar təşkil edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]