Azərbaycan Dövlət İnformasiya Agentliyi

İ.M. Quliyevanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda mahnı ifaçılığı sənətinin inkişafında xüsusi xidmətlərinə görə İlhamə Məzahir qızı Quliyeva “Şərəf” ordeni ilə təltif edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 avqust 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin