İQTİSADİYYAT
İmişli EŞ müəssisəsində texniki tədbirlər görülür
Bakı, 20 may (AZƏRTAC). Apreldə İmişli Elektrik Şəbəkəsi (EŞ) müəssisəsində 13,9 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmiş, ümumi ödəniş 74 faizə yaxın olmuşdur. Ötən ilin müvafiq dövründə bu göstəricilər uyğun olaraq 14 milyon kilovat-saata yaxın və 74 faizdən artıq olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 62,1 min kilovat-saat azalmış, ödəniş isə təxminən eyni olmuşdur. Daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 573 min kilovat-saat azalaraq 3,4 milyon kilovat-saata yaxın, ödəniş isə təqribən 83 faiz təşkil etmişdir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, müəssisə üzrə cari ilin ötən 4 ayında 65,4 milyon kilovat-saata yaxın elektrik enerjisi istehlak edilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 milyon kilovat-saat azdır. Ödəniş 60 faizə yaxın olmuşdur. Daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 16,6 milyon kilovat-saatdan artıq olmuşdur. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 milyon kilovat-saata yaxın azdır. Ödəniş ötən ilin ilk dörd ayı ilə müqayisədə 8 faizdən çox artaraq təxminən 78 faiz olmuşdur.