SİYASƏT
İNGİLTƏRƏ-AZƏRBAYCAN CƏMİYYƏTİNİN SƏDRİ LORD FREYZER BAKIYA GƏLMİŞDİR
Böyük Britaniya parlamentinin üzvü, ölkənin keçmiş energetika naziri, İngiltərə-Azərbaycan Cəmiyyətinin sədri lord Freyzer Milli Məclisin sədri Murtuz Ələsgərovun dəvəti ilə aprelin 28-də Bakıya gəlmişdir.
Milli Məclisdən AZƏRTAC-a bildirmişlər ki, səfərdən məqsəd ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirməkdir. Lord Freyzer səfər zamanı Milli Məclisin sədri Murtuz Ələsgərov və digər rəsmi şəxslərlə, Azərbaycan-Böyük Britaniya dostluq qrupunun üzvləri ilə görüşəcək, respublikanın bəzi rayonlarında olacaqdır.
Səfər may ayının 4-nə qədər davam edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:45]
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 03.05.2024 [15:01]
Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib
- 03.05.2024 [13:09]